Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ANDINIZ BELİNİZİ QIRSIN

 

                                                   
 

Xeberinfo.com:   Başqa millətləri bilmirəm, amma bizim məmləkətdə dəqiq bilirəm ki, hippoqrat  andı içən həkimlərimiz onlara müraciət edən kimi düşürlər adamın üstünə ki, niyə öləndə bizə müraciət edirsən, ölməmiş gələ bilmirdin? Səndə həkimin qarşısında başını aşağı salıb yazıq- yazıq deyirsən:- Həkim, vallah düz deyirsən, biz müsəlmanlar beləyik də- canımızın qədrini bilməyən, laqeyib, məsuliyyətsiz. Çoxdandır gəlmək istəyirdim, amma. Bu yerdə bu amma şöqərib kəsir qarşını və sən dərsini bilməyən uşaq kimi başını aşağı salıb barmaqlarını oynadırsan.

   Dəyərli oxucular, siz də yüzə - yüz bilirsiniz ki, həkimlərimiz bunu bizim sağlamlığımızın qeydinə qaldıqlarına görə demirlər. And olsun (bunu öz payıma deyirəm ha) o bir Allaha ki, bu belə deyil. Burda məqsəd başqadır. Başqa deyəndə ki,həkim ancaq özünü, ailəsini, bizdən alacağı canı və bizim canımızın ağrılarından toplayacağı var- dövləti nəzərdə tutub deyir. Və birdə bizi görəndə üzü gülür, əhvalı xoş olur, ürəyində deyir:- Ay xəstə soydaşım, qardaşım, sən özünü qoruma xəstələn və gəl mənim yanıma, mən də səni elə "müalicə" edim ki, ölənə kimi ayağın mənim yanımdan kəsilməsin. Mənim cibim dolsun, sənin canın ağrısın.

  Bu günlərdə bir tanışım rayonda yaşayan xəstə anasını xəstəxanaların birində həkim işləyən qonşusunun yanına aparır. Tanışım bu yerdə köhnə bir deyimimizi yadına salır: "Uzaq qohumdan, yaxın qonşu yaxşıdır."Yəqin ki, xəstə anama öz anası kimi baxacaq, onu sağaltmaq üçün əlindən gələni edəcək. Yaxın qonşu belə düşünür. Bəs Hippoqratın "canına" and içən bu vələduzna neynləyir?  Xəstəni başdansovdu  müainə edib, şərikli işlədiyi firmanın bahalı dərmanlarından yazır və qonşusuna yalançı bir "ümid" verib deyir:- Qonşu, narahat olma, yaxşı dərmanlar yazmışam qəbul etsin, Allahın köməyi ilə tezliklə sağalacaq. 

  Bu arxayınçılığın qarşısında qonşuda həkimə borclu qalmamaq üçün dil-ağız edə-edə əlini salır cibinə ki, 5,10 manat çıxarsın. Bunu görən həkim bir haray-həşir salır ki, gəl görəsən: - Qonşu, bu nədir edirsən? Ayıbdır. Axı biz qonşuyuq, qonşu-qonşuya nə gündə lazımdır?

  Tanışım da elədiyi hərəkətə görə xəcalət çəkir, rəng verib, rəng alır. Dil-ağız eləyə-eləyə çölə çıxır. Çöl qapıdan çıxmamış tibb bacısı qarşısını kəsib deyir: - Qardaş, həkimin haqqını vermədin. Qonşuda qayıdır ki, ay bacı, sənin yanında verdim axı, götürmədi. O da qayıdır ki, eh ay qardaş, onun "tasqısı" 20 manatdır,10 yox. Sən 20 manatı verməsən həkim o pulu məndən alacaq. Onun tapşırığı belədir.

 Bu hadisə dövlətin "pulsuz" xəstəxanasında baş verib ha. Özəllərdən isə danışmağa dəyməz. Burda vahid qiymət sistemi yoxdur. Hər xidmətin qiyməti həkimin insafına qalıb.

  Məlumdur ki, çox adam illərlə xəstə olur, ancaq həkimə getmir. Bunu canından bezmək, laqeyidlik kimi qəbul etmən, düşünmən. Bunun başlıca səbəbi imkansızlıq, pulsuzluqdur. İndiki həkimlərin çoxsu o qədər pula həris olublar ki, doğma dədələrinə də pulsuz baxmırlar. Bəyənmədiyimiz, hər oturub- duranda qiybətini qıldığımız, yeddi arxadönənini söydüyümüz sovet dönəmində hər bir xəstə xəstəxanada müalicə olunub sağalırdı, amma indi xəstəxanaya düşən xəstə aylarla ordan sağalıb çıxa bilmir. Daha doğrusu vicdanını, insanlığını, mənliyini itirən bəzi "qəssab" həkimlər buna yol vermirlər. Axı xəstə həkimlər üçün dolanışıq deməkdir, var- dövlət deməkdir. Bəzi ağzı göyçəklər deyirlər ki, həkimlərin maaşı azdır, ona görə də onlar xəstələrdən haqq alır. Mən isə başqa cür düşünürəm. Mənə qalsa bəzi dövlət strukturlarında çaışanlara yerli-dibli maaş verməzdim. Bunlara həkimləri, hakimləri, polisləri, prokrorları, nazirləri, icra başçılarını... və b. göstərmək olar. Onsuz da onlar xalqı soymaqla lap bəy kimi dolanırlar. Kimsə barmağını qatlayıb deyə bilməz ki, filan həkim və ya filan hakim, polis pis dolanır. Maşallah hər birinin altında bahalı maşını, top dağıtmaz evləri, vilaları və s. Çox maraqlıdır ki, bu sahənin adamları pensiyaya çıxanda da yüksək pensiya ilə təmin olunurlar. Məncə burda ədalət prinsipi haqsızcasına pozulub.

  Məndən olsa elə günü bu gün ölkədə olan bütün tibb müəssisələrini pullu edərdim. Və bütün tibb ocaqlarında da qiymət lövhələri asardım. Göstərilən qiymətdən bir qəpik artıq alan həkimləri ən ağır cəzayla cəzalandırardım. Onda tam arxayın olardıq. İmkanı olan pulunu verib müalicə olunardı, olmayan da rahatca yıxılıb ölərdi.

  Son illərdə savadsız, tamahkar həkimlərin ucbatından nə qədər insan dünyasını dəyişib. Nə üçün qanunvericilikdə həkim məsuliyyətsizliyi haqqında cəza yoxdur? Bir xəsdə tibb müəssisəsinə və ayrıca olaraq həkimə böyük məbləqdə pul ödəyir, amma əməliyyatdan sağ çıxmır, ölür. Verdiyi pul da batır. Bununla da həkimə olan inam ölür. İnsanlarda həkimə olan İnamı qaytarmaq üçünsə mütləq həkim məsuliyyəti qanunla tənzimlənməlidir.

  Tibb sahəsində olan bütün bu qanunsuzluqlara görə insanlar onlarda baş qaldıran xəstəlik vaxtı yox, ölüm ayağında həkimə müraciət edirlər ki, onda da çox gec olur.

  Hər zaman dövlət rəsmiləri xalq qarşısında bəyan edirlər ki, dövlətimiz insanların dinc, firəvan, sağlam yaşaması üçün əlindən gələni edir. Amma çox vaxt bir çox məmurlar, dövlət işçiləri buna əməl etmirlər, qorxusuz, ürküsüz xalqı çapıb- talayırlar. Vəzifə borclarını heç vaxt pulsuz, parasız yerinə yetirmirlər. Bu da insanlarda qanunlara və hakimiyyətə böyük inamsızlıq yaradır. Bunun bircə yolu var: qanunu pozanlar ciddi cəzalandırılmalıdır.

                                                   

Məhərrəm Şəmkirli             

  AYB-nin üzvü.

 

 

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam