Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

KREMLDƏ HƏYƏCAN: PUTİN KORONAVİRUSA YOLUXARSA... - “O, risk kateqoriyasına daxildir”

 

 Artıq demək olar ki, bütün ölkələr kimi Rusiya da koronavirusun sarsıdıcı zərbələrini hiss etməyə başlayır. Sözsüz ki, hər bir ölkənin özünəməxsus güclü və zəif tərəfləri var. Gözlənilməz böhranlar zamanı bu yerlər özünü daha qabarıq şəkildə büruzə verir.

Yenixeber.org: Maraqlıdır ki, koronavirus pandemiyası Avropanı və Amerikanı vurduğu halda, Rusiya hakimiyyəti reallıqdan qoparaq, televiziyaları vasitəsiylə özünə virtual dünya qurmağa çalışır. Artıq bir aya yaxındır ki, rəsmi televiziya kanalları Rusiya səhiyyəsinin necə güclü olmasından, amma nəyə görəsə virusa yenilən ölkələrin onlardan yardım istəməməsindən tutmuş, rus hərbi epidemioloqlarının İtaliyada yaratdıqları “xarüqələrə” qədər müxtəlif paranoyaları efirə buraxırlar.

Bəli, bütün bunlar Kremldən gələn təlimatlar əsasında edilir. Məqsəd çətin günlər gələnədək hakimiyyətin zəif tərəflərinin öncədən ört-basdır edilməsidir.

Reallıqda isə Kreml yaxın gələcəkdə üç istiqamətdə mübarizə aparmaq məcburiyyətində qalacaq. Bu istiqamətlər - koronavirusla mübarizə, real iqtisadiyyatın çökməsinin qarşısının alınması və neftin qiymətinin düşməsi nəticəsində yaranan valyuta böhranından qurtulmaqdır.

Bunlar hamısı öz yerində, amma Kremli qorxudan daha bir dəhşətli məsələ var - Putinin koronavirusa yoluxma ehtimalı. Bunu bilən Vladimir Putin ilk növbədə çalışır ki, özünü və ətrafını yoluxmadan mühafizə etsin, yoxsa meydana daha bir reallıq - hakimiyyətin çökməsi məsələsi gələ bilər.

 

 

Bu mövzuyla bağlı Böyük Britaniyanın “The Telegraph” qəzeti “Kreml qorxur ki, Putin Covid-19 infeksiyasına yoluxar və nəticədə bütün rejim çökər” başlıqlı məqalə dərc edib.

                Həmin məqaləni diqqətinizə çatdırırıq:

”Rusiya Hərbi Dəniz Donanmasının Şimal dənizində və La Manş boğazında hədsiz aktivlik göstərdiyi bir vaxtda, qəzəbli Moskva prezidenti Vladimir Putinin bu fəaliyyətlər vasitəsilə vəziyyətə tam nəzarət etdiyi mənzərəsini yaratmaq istəyinin real təsvirini vermək istəyirsən. Əslində, bu mənzərə Kremlin arzuladığından fərqli olaraq, elə də urəkaçan deyil. Dənizlərdə güc nümayiş etdirən Rusiya koronavirus pandemiyasından və hakimiyyətdəki varislik problemindən narahatdır. Rusiyanın siyasi rəhbərliyi koronavrusun yayılmasının ciddiliyini yalnız indi etiraf etməyə başlayıb.

25 mart tarixində xalqa müraciəti zamanı Putin könülsüz şəkildə konstitutsiyaya dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək referendumun təxirə salınmasını elan etdi. 

 

 

Həmin dəyişklik Putinə 2036-cı ilə qədər öz postunda qalmağa imkan tanıyır. Rusiya əhalisinin əksəriyyəti bu səsverməyə Putinin şəxsi taleyinin həll olunması kimi baxır.

“Levada-Mərkəz”-in apardığı rəy sorğusuna görə, Putinin populyarlıq reytinqi son bir ay ərzində xeyli aşağı düşüb. Əgər Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməsə, görəsən, onun yerinə bunu kim edəcək? Pandemiya zamanı hakimiyyətin ötürülməsi məsələsi qaranlığa qərq olub. Hazırda Rusiya prezidentinin sağlamlığı yerindədir. Amma onun 67 yaşı var və o, risk kateqoriyasına daxildir. Bəs, əgər Putin “Covid-19” virusuna yoluxarsa, onda nə baş verər?

Formal olaraq, Rusiya Konstitutsiyasının 92-ci bəndinə əsasən, əgər prezident öz vəzifəsinin öhdəsindən gələ bilmirsə, onun funksiyalarını baş nazir öz üzərinə götürür. Lakin Rusiyada siyasət heç də rəsmi qaydalara əsasən işləmir. Burada qeyri-formal dinamika və elitadakı rəqib qruplar arasındakı qüvvələr nisbəti daha vacib rol oynayır. Putinin bu qədər uzun müddət hakimiyyətdə qalmasının səbəbi, heç şübhəsiz ki, onun bir-biriylə ziddiyyətdə olan qruplar arasında sülh yaratmaq bacarığından irəli gəlir.

Putiniin öz yerinə ölkəni idarə etməyi bacaracaq varis hazırlamaması onun özünü təhlükəsiz hiss etməsinə imkan verir. Bəs, əgər o, gözlənilmədən və xəbərdarlıq etmədən hakimiyyət sistemindən çıxdaş olarsa, onda hakimiyyət strukturu ciddi təhlükəylə qarşılaşmayacaqmı?

Başqa sözlə desək, hal-hazırda birinci şəxsin təhlükəsizliyi ilə bağlı yaranan həyəcanın əsas səbəbi, uzunmüddətli perspektivdə rejimin struktur sabitliyinin hansı vəziyyətə düşə biləcəyi təlaşından qaynaqlanır. Bu narahatlıq vahid idarəetmənin çatışmazlığını göstərir.

Əlbəttə ki, Kreml bu ciddi təhlükəni yaxşı anlayır. Digər tərəfdən onu da dərk edir ki, bu zəif yer barəsində elita nümayəndələri də bilirlər. Ona görə də, Putinin koronavirusdan qorunması üçün tədbirlər görülür. 

Putin bu yaxınlarda Krımın Rusiyaya birləşdirilməsinin altı illik yubileyində iştirak etmək üçün həmin yarımdaya yollanmışdı. Bayram tədbirlərində iştirak edənlərin hamısı yeni tibbi prosedurdan keçiblər. Bu yaxınlarda Putin Moskva yaxınlığında koronavirusdan müalicə alanların yerləşdirildiyi xəstəxanaya getmişdi. KİV-lərdə Putinin xəstəxanada sarı rəngli qoruyucu kostyum və respirator geyinməsi barəsində xeyli şərh yazılıb.

 

 

Bu yaxınlarda mətbuatda məlumat yayıldı ki, Rusiya Prezident Administrasiyasında çalışan nümayəndələrin birində koronavirus aşakarlanıb. Kremldən isə, dərhal xəbər verdilər ki, bu şəxsin prezidentlə birbaşa təması olmayıb.

Söz yox, belə tədbirlər gözlənilməz deyil. Siyasi hakimiyyətin qorunması istənilən dövlət üçün mühümdür. Çünki fasiləsizlik və ardıcıllıq dövlət hakimiyyətinin vacib prioritetidir.

Amma informasiya kampaniyası maraq doğurur. Rusiya rəsmi informasiya mənbələrinin məqsədi cəmiyyəti sakitləşdirməkdir. Ən başlıcası isə, informasiya kampaniyasının ilk işi, elita arasında spekulyasiyalara imkan verməmək, Putinin xəstələnə biləcəyi və onun ölkənin idarəetmə sükanı arxasında dayanmaq iqtidarını itirəcəyi barəsindəki ehtimalları yaxına buraxmamaqdır. Çünki bu, vaxtından əvvəl hakimiyyət uğrunda mübarizəyə yol açar.

Hazırkı vəziyyət müasir politoloji təhqiqata uyğun gəlir. Belə ki, çox zaman qeyri-demokratik liderləri xalq üsyanları vasitəsilə deyil, əsasən saray çevrilişləri ilə hakimiyyətdən aşırırlar.

Keçən həftə Putinin Rusiya prezidenti seçilməsinin 20 ili tamam oldu. Hərçənd ki, Rusiyanın hərbi gəmiləri Britaniyada narahatlıq yaradır, ancaq buna baxmayaraq, Kreml isteblişmenti Putinin koronavirus infeksiyasından qorunub-qorunmayacağının və eləcə də, virus pandemiyasının hansı siyasi nəticələr doğura biləcəyinin qeyri-müəyyənliyi altında bərk həyacan keçirir.”(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam