Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəyə görə stressdən saçlar ağarır – Əsas səbəb

Dəri və saçların rəngi melanin hormonundan asılıdır. Melanosit hüceyrələri dərinin dərin qatlarında yerləşir.

Yenixeber.org: Onlar xüsusi saç kökü kisəciklərində olur, əgər baş dərisi, saçlar güclü günəş şüasından, ultrabənövşəyi şüalanmadan zərər görürsə, yanırsa, zədələnirsə, melanositlər kisəcikdən çıxaraq, yuxarı qat dəriyə kimi gələrək dərini və saç diblərini bərpa etməyə başlayır.

 Nyu-York Universitetinin alimləri stresdən saçların ağarması və tökülməsinin də səbəbini bu hüceyrələrin aktivliyində tapıblar. Belə ki, güclü stress zamanı melanositlərin kök hüceyrələri kisəcikdən çıxaraq, əsas yerini tərk edir və yuxarı kömək üçün tələsir. Bu zaman melanositlərin sayı, ehtiyatı tükənir. Ona görə bir müddət davamlı stres keçirənlərin sonradan saçları daha zəif və ağ çıxır. Belə ki, melanositlərin tərkibində olan Mc1 zülalı stres hormonlarına cavab verir. Halbuki stress zamanı insanın baş dərisi, saç dibi zərər görmür , amma həyəcan siqnalı hüceyrələrə verilir.

Güclü qorxu və stress zamanı bütün bədənə stress hormonlarının sıçraması ilə saç rənginə cavabdeh olan kök hüceyrələrinin azalması, ölümü baş verir. Həyatında davamlı stress yaşayan insanların melonisitləri tükənir və çıxan saçları daha rənglənmir.

Bu proses vitiliqo xəstələrində də eynilə gedir. Ola da bilir ki, güclü stressdən sonra vitiliqo yaranır. Çünki artıq həmin insanda piqmentasiyaya cavabdeh olan melanositlərin kök hüceyrələrinin ehtiyatı tükənmiş olur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam