Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əmlak Komitəsinin hərrac biznesi-FAKTLAR

 

Azərbaycanda avtomobillər baha olduğu dönəmdə, dövlətə məxsus avtomobillər özəlləşdirilərək bazar qiymətindən iki dəfə aşağı hərracda satılır.

Yenixeber.org: Araşdırmamıza görə, hazırda Azərbaycan avtomobil bazarında buraxılış ili 2006-ci il olan "BMW" 320 modelinin qiyməti 13-20 minmanatdək dəyişdiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərracda bu nəqliyyat vasitələri 5200 manata satılıb.

Göründüyü kimi, bu avtomobillərin satış hərracında ciddi müəmma hiss edilir. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Hafiz Babalı deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satışa çıxarılan avtomobillərin hərracı şəffaf aparılmır.

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılan avtomobillıərin yalnız adını və buraxılış ilini göstərir:

"Amma həmin avtomobillərin real görüntüləri, texniki vəziyyəti və digər bu kimi məsələlər barədə məlumat verilmir. Burada Əmlak Məsələləri Dövlət Komitəsi şəffalıq tələblərinə əməl etmir. Yəni, satışa çıxarılan əmlak barədə müfəssəl informasiya verilməlidir. Bu şərtlərdən biri həmin avtomobillərin real görüntülərini və onun haqqında ətraflı məlumatı təqdim etməkdir. Hərraca çıxarılan maşınların qəzaya düşüb düşməməsi barədə heç bir məlumat verilmir. Əgər o avtomobillərin bazarda satış qiyməti 10 mindən yüksəkdirsə və 5 min manata hərraca çıxarılırsa, deməli həmin maşınlar istismara yararsız vəziyyətdədir. Məntiq də bunu deyir".(demokrat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam