Ayın ilk hərracında 15 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.
Yenixeber.org: Komitədən verilən məlumata görə, ayın ilk hərracında 15 dövlət əmlakı üzrə 22 sifariş verilib.
Bu dəfə hərracda çayın ilkin emalı və satışı sahəsi üzrə fəaliyyət göstərən “Astara Çay-3” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. Astara rayonu, Pensər kəndində yerləşən səhmdar cəmiyyətinin 30%-lik səhm paketinin satış qiyməti 86 min 217 manat müəyyən olunub.
Kiçik dövlət müəssisələrindən Masallı rayonundakı Qızılavar kənd Sənətkarlıq klubu üçün investor 25 min manat təklif edib. Torpaqla birlikdə özəlləşdirilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 615.7 kv.m-dir. Lənkəran şəhərində yerləşən anbarın isə ümumi faydalı sahəsi 263.9 kv.m-dir. Bu dövlət əmlakının hərracda yekun satış qiyməti 17 min 500 manat təyin olundu.
Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 6-sı Bakıda, 2-si isə Tərtərdə yerləşir. İnvestisiya yatıran şəxslərə müxtəlif xidmət sahələrində gəlir qazandıra biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 19,4 kv.m ilə 84,5 kv.m aralığındadır. Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 78,1 kv.m-dir. İaşə və ya ofis obyekti kimi əlverişli istifadəyə imkan verən dövlət əmlakının hərracda son satış qiyməti 60 min manat oldu.
Nəqliyyat vasitələri üzrə keçən hərracda iştirakçı aktivliyi prosesi rəqabətli etdi. Belə ki, buraxılış ili 2006, ilkin hərrac qiyməti 10 min 500 manat olan BMW markalı avtomobilə ən son qiymət 15 min manat təklif edildi. Eyni markadan olan digər bir nəqliyyat vasitəsi uğrunda iştirakçı mübarizəsi 11 min 250 manat olan ilkin qiyməti 15 min 650 manata yüksəltdi.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərraclardan biri oktyabrın 9-u keçiriləcək. Hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir. Hərraca qoşulmaq istəyən şəxslər Özəlləşdirmə portalından (privatization.az) sadələşdirilmiş prosedurlar əsasında əmlakı seçib sifariş verə bilər.