Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

47 dövlət əmlakı hərraca çıxarılıb

 

47 dövlət əmlakı hərraca çıxarılıb
Özəlləşdirmə üzrə təşkil edilən növbəti hərraclar 25 dekabr tarixində keçiriləcək.
Yenixeber.org: Əmlak Məsələləri Dövlət Komitəsindən verilən xəbərə görə, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir. İnvestorlar kiçik dövlət müəssisələri üzrə seçim edərək həm hazırkı sahə, həm də digər istiqamətlər üzrə biznes planlarını reallaşdıra bilər. Bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək olan ümumi faydalı sahəyə malik əmlak - “Taxıl qəbul məntəqəsi” Qobustanşəhərində yerləşir. Ümumi faydalı sahəyə 3763.3 kv.m olan adıçəkilən müəssisə 19 min 551 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Gəncə şəhəri, Nizami rayonundakı obyektin isə ümumi faydalı sahəsi 299 kv.m-dir. Xidmət sahəsi üzrə gəlirli fəaliyyət üçün uyğun olan bu əmlak da torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106.9 kv.m-dir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşməyə çıxarılan nəqliyyat vasitələri 2005, 2007-ci illər, Nissan, Hyundai, QAZ, UAZ, Ford olmaqla vətəndaşlara təklif edilir. Dövlət əmlakları barədə ətraflı məlumatları Özəlləşdirmə portalında (privatization.az) əldə edən vətəndaş hərraclara elektron formada qatıla bilər. İstifadəçi operativ sifariş imkanları ilə hər seçdiyi əmlak üzrə potensial iştirakçıya çevrilə bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir. Hərrac keçirilən gün isə iştirakçı statusu qazanan şəxslərlə yanaşı, prosesə maraqlı olanlar da keçirilən ünvana gələrək prosesi canlı və ya onlayn olaraq izləyə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam