Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

“Hərəmizə görə 1000 dollar mükafat alırdı”-Türkiyəyə qadın ixracı

 

Türkiyənin Şanlıurfa vilayətində fabrikdə iş tapmaq adı ilə yola çıxan qadınların dostluğu birinin həbsxanaya düşməsi, digərlərinin insan alveri qurbanına çevrilməsi ilə bitib. Qadınları istismar edən, onları razılaşmayacaqları təqdirdə kürd millətindən olan tanışları ilə qorxudan 35 yaşlı qadın məhkəmə qarşısında elədiklərinin hesabatını verir.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində tanışlarını fabrikdə işə düzəltmək adı ilə Türkiyəyə aparmaqda, onları cinsi istismara məruz qoymaqda ittiham olunan Bakı şəhər sakini Ruhəngiz Rəsulovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ruhəngiz Rəsulova tanışları Xatirə Abdullayeva, Nərgiz İmanova və 22 yaşlı Aliyə İbadovanı (ad və soyadlar dəyişdirilib - red.) Türkiyənin Şanlıurfa şəhərində işə düzəldəcəyi adı ilə aldadaraq qonşu ölkəyə aparıb. Adları çəkilən qadınları pul müqabilində kişi müştəriləri ilə görüşdürüb, onları cinsi istismara məruz qoyub.

Cinayət Məcəlləsinin 144.1.2.1-ci (insan alveri) maddəsi üzrə ittiham olunan R.Rəsulova barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

 

                     Şanlıurfada qadın biznesi, fabrikdə işləməyə gedənlər

Qadın alverində təqsirləndirilən Ruhəngiz Rəsulova elan olunan ittihamlarla razılaşmayıb, əksinə, özünün Zülfiyyə İmambaxışova və digərləri tərəfindən cinsi istismara məruz qaldığını deyib. İfadəsində paytaxtda gözəllik salonu işlətdiyini, mütəmadi olaraq qonşu ölkəyə müalicəyə gedib-gəldiyini göstərib:

“Böyrək çatışmazlığından əziyyət çəkirəm, anadangəlmə ürək qüsurum da olduğuna görə tez-tez İstanbulda müalicəyə gedib-gəlirdim. 2016-cı ilin yayında Türkiyədə Zülfiyyə İmambaxışova ilə tanış oldum. Zülfiyyə mənə Şanlıurfa şəhərində Şahnaz adlı qohumunun fabriki olduğunu, məni onun yanında işə düzəldəcəyinə söz verdi. Birlikdə Şanlıurfaya – Şahnazgilə getdik. Orada Şahnazla və Yaxşıxanım Hüseynova ilə tanış oldum. Ertəsi gün yuxudan oyananda isə Zülfiyyəni görmədim. Yaxşıxanım dedi ki, Şahnaz qadınları fahişəliyə cəlb edir, səni də bura bu məqsədlə gətirib. Zülfiyyə məni Şahnazın yanına gətirdiyinə görə 1000 dollar aldığını öyrəndim”.

 

     “Neçə ildir Türkiyəyə gedib-gəlirsən, guya heç nəyi bilmirsən?”

R.Rəsulova ona olunan təkliflərə etiraz edib, fabrikdə işləmək üçün Şanlıurfaya gəldiyini bildirdikdə Yaşxıxanımın iradına tuş gəlib:

“Dedi ki, uşaqsan, özün də neçə illərdi Türkiyəyə gedib-gəlirsən, guya heç nəyi bilmirsən? Fikirləşdim, bir az pul qazanıb sonra çıxıb gedərəm. Şahnazın göstərişinə əsasən, Yaxşınanım müştərilərlə görüşləri təşkil edirdi. Bir aya yaxın orada qaldım. Şahnazdan çox Yaxşıxanım mənə əziyyət verirdi. Bir həftə ərzində Şahnazın təşkilatçılığı ilə 30-a yaxın kişiylə yaxınlıq etdim. Əldə olunan gəliri yarı bölürdük”.

 

Ruhəngizin həyat hekayəsi və qurtuluşu

Kişi müştərilərindən birinə - Tevfik Halvacıya öz həyat hekayəsini danışan Ruhəngiz onun sayəsində Azərbaycana qayıda bilib. Yarım aya yaxın Ruhəngizi yanında qonaq saxlayan T.Halvacı onu həkimə aparıb, təyyarəyə bilet alıb, vətəninə yola salıb.

Sonradan ürəyindən əməliyyat olunmaq üçün təkrar Adanaya qayıdıb, amma bu dəfə özü ilə rəfiqəsi Xatirəni və onun tanışı Nərgizi də gətirib:

“Birlikdə yola düşdük, Tevfikin yanına getdim, Adanada əməliyyat olundum. Xəstəxanada Xatirə mənə qulluq etdi. Uzun müddət yataq xəstəsi oldum. Xatirə Şanlıurfada Şahnazla tanış olub, onun yanında qalıb işləyəcəyini demişdi. Mən Bakıya qayıdandan sonra Şahnazla Yaxşıxanım barəsində istintaq aparıldığını, işlərinin ağır olduğunu öyrəndim. Ona görə də, onların barəsində şikayət etmədim”.

 

“Bizə Şanlıurfada iş təşkil edəcəyini, yaxşı maaş verəcəyini demişdi”

Daimi olaraq Ruhəngizin işlətdiyi salona müştəri kimi gəlib-gedən Xatirə Abdullayeva sonradan onunla yaxın rəfiqə olub. 2015-ci ildə Ruhəngiz ona yaxın günlərdə Türkiyəyə sevgilisinin yanına istirahətə gedəcəyini deyib, ona da birgə istirahət etməyi təklif edib. Lakin Xatirənin banka borcu olduğundan, onun ölkədən çıxışına qadağa qoyulub. Ruhəngiz isə alicənablıq nümayiş etdirərək, rəfiqəsinin banka olan borcunu ödəyib:

“800 manat borcumu ödədi, bundan sonra münasibətlərimiz daha yaxın oldu. Bir dəfə Ruhəngizlə “Sovetski”yə - Aliyənin yaşadığı evə getmişdik. Ruhəngiz bizə Şanlıurfa şəhərində iş təşkil edəcəyini, yaxşı maaş verəcəyini demişdi. Aliyə də, Nərgiz də, mən də razılaşmışdıq”.

 

“Deyirdi sizə qan udduracağam, qorxudan səsimizi çıxarmırdıq”

X.Abdullayevanın ifadəsinə görə, Şanlıurfaya çatar-çatmaz Ruhəngizin onlara qarşı münasibəti tamamilə dəyişib:

“Dedi, mənə borclusunuz, nəzarətim altında fahişəlik edəcəksiniz. Türkiyəyə bu məqsədlə gəlmədiyimizi söylədikdə uzun müddət burada yaşadığını, yerli polislər arasında nüfuz sahibi olduğunu, tutduracağı ilə hədələdi. Məcbur olub razılaşdıq. Gün ərzində evinə 10-11 nəfər kişi gəlirdi, bizi onlarla görüşdürürdü. 2016-cı ilin oktyabrında Aliyə də gəldi. Ruhəngiz onu da fahişəliyə cəlb etmişdi. Bir ay sonra Adanaya plastik cərrahiyyə əməliyyatı olunmağa gedəndə dedi ki, artıq-əskik hərəkət etsəniz, sizə qan udduracağam, biz də qorxumuzdan səsimizi çıxarmırdıq.

Bir gün birdən-birə Nərgiz yoxa çıxdı. Sonradan məlum oldu ki, qaçıb gedib. Novruz bayramı ərəfəsində Ruhəngiz dedi ki, ailəsinə baş çəkməyə gedir, bizi də aparacaq. Əgər onun barəsində harasa şikayət edərsək bizə əlindən gələn pisliyi edəcək.Ona görə də, Ruhəngizdən şikayət etməyə qorxurduq”.

 

Əxlaqsızlıq yuvasından qaçış

Zərərçəkmiş Nərgiz İmanova ifadəsində sıxıntı içərisində yaşadığını, maddi korluq çəkdiyini, yaxın rəfiqəsi Xatirənin işləmək məqsədilə Türkiyəyə gedəcəyini öyrəndiyini və onunla birgə qonşu ölkəyə getməyi planlaşdırdığını göstərib:

“Ruhəngizi Xatirənin vasitəsilə tanımışam. İlk baxışdan xoş təəssürat oyatmışdı. Onlarla getməyi, həm də sosial şəbəkədə tanış olduğum Tamerlə görüşməyi qərara aldım. Yol xərcimizi Ruhəngiz çəkdi, Şanlıurfada kirayə mənzil tutdu. Bizdən fahişəlik edib pul qazanmağı tələb edirdi. Ona etiraz etdim, dedim burax məni, mən Tamerin yanına gəlmişəm. O, isə Şanlıurfadakı kürd tanışları vasitəsilə məni döydürəcəyini, fahişə olduğunu bildirməklə ölkədən deport etdirəcəyini dedi. Mübahisə etməkdən qorxurdum. Aliyə də qorxusundan onun dediklərini edirdi. Ruhəngizin əsarətindən qurtulmaq üçün yalandan İzmirdə məhkəməm olduğunu, həmin məhkəmədə iştirak etməli olduğumu dedim, inanmadı. Onun əsarətindən bezdiyim üçün gecə saatlarında hamıdaan xəbərsiz Tamerin yanına qaçdım, onunla qaldım. Bir daha Ruhəngizdən xəbərim olmadı. Tamerlə ailə həyatı qurduq”.

“Bizi Türkiyə polisinə tutduracağı ilə hədələyirdi”

Zərərçəkmiş Aliyə İbadova ifadəsində Türkiyədə istirahətdə olarkən Ruhəngizlə restoranda tanış olduqlarını, Bakıya qayıtdıqdan sonra əlaqə saxladıqlarını, söhbət əsnasında ona rus dilini bildiyinə görə Türkiyədəki hotellərin birində yüksək məvacibli iş təşkil edə biləcəyini söyləyib:

“Maddi çətinlik çəkirdim. Ruhəngiz yaxşı gəlir əldə edə biləcəyimi dedi, razılaşdım. Ötən ilin oktyabr ayında Türkiyəyə yola düşdüm. Ruhəngiz məni Şanlıurfadakı evə apardı, Nərgizlə Xatirə də oradaydı. Heç bir iş olmadığını, əxlaqsızlıqla məşğul olacağımı dedikdə, heç vaxt belə iş görmədiyimi, məni geri yola salmasını xahiş etdim. Dedi, pasportunu cıracağam, ailə üzvlərinə buraya fahişəlik etmək üçün gəldiyini deyəcəyəm. Ailə üzvlərim elə bilirdilər ki, Türkiyədə əczaçı işləyirəm. Bədənimdə ağrılar olduğundan Ruhəngizdən xahiş etdim ki, mənim geri qayıtmağıma icazə versin. O isə “səni bir şərtlə buraxıram, burada baş verənlər haqda heç kimə heç nə deməyəcəksən, əks halda ailənə sənin fahişə olduğöunu deyəcəyəm” dedi. Bakıya qayıtdıqdan sonra da əl çəkmirdi, telefon nömrəmi dəyişmişdim, amma tapıb zəng vururdu”.

Məhkəmə prosesi davam edir.(virtualaz)

İnarə Rafiqqızı

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar