Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb etməkdə təqsirləndirilən qadına şərti cəza verilib

 

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Yenixeber.org: Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Məmmədovaya şərti cəza verilib.

İttiham aktına əsasən, A.Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı - ad və soyadlar şərtidir) Iğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.

Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən A.Məmmədova ifadəsində yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamadığını, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin Iğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində qabyuyan işlədiyini deyib: "Bir müddət həmin istirahət mərkəzində özüm də fahişəliklə məşğul olmuşam. Nərminə Qasımovanı "Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi. Həmçinin Adilənin bacısını da əxlaqsızlığaməcbur etməmişəm. Onlar hamısı bir müddət gəlib fahişəliklə məşğul olur, sonra çıxıb gedirdilər. Iğdırda hamı mənə "Səma” deyə müraciət edirdi”.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam