Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-da TÜRKİYƏ İLƏ BARIŞIQ CƏHDLƏRİ–Senatdakı müzakirə Konqreslə hökumət arasındakı ziddiyyətləri ortaya çıxarıb - TƏHLİL


Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 30 iyun 2018-ci il

 

ABŞ hakimiyyəti, məcburi olsa da, regionda Türkiyə ilə əməkdaşlıq etmədən heç bir konkret addım ata bilməyəcəyi həqiqətini görməyə başlayıb və iki ölkə arasındakı münasibətlərdə yaşanan problemləri daha da böyütmədən, hər hansı bir şəkildə həll etməyin yollarını axtarır.

Yenixeber.org: Konqres isə Türkiyəsiz irəliləməyin mümkün olmadığını görsə belə, yenə də problemlərin üstünə getmək və onları böyütmək istəyənlərin nəzarətində öz israrını davam etdirərək, iqtidarı çətinliyə salır.

 

Pompeo xeyli çətinliyə düşüb

 

Senatın Xarici yardımlar komitəsində şahid kimi dindirilən Xarici işlər naziri Mayk Pompeo, senatorların Türkiyə haqqındakı müxtəlif suallarına cavab verərkən, Konqreslə hökumət arasında dərində mövcud olan ziddiyyətlər ortaya çıxıb.

F-35-lərin Türkiyəyə satılmasına qadağa qoyulması üçün iki ayrı təklifin müəllifi olan senatorlar Janna Şahin və Kris Van Hollenin suallarına Pompeonun verdiyi cavablar hökumətin Türkiyə haqqında necə bir daxili ziddiyyət yaşadığını ortaya qoyub.

Mayk Pompeo, Türkiyə ilə bağlı tərəddüdlərini ortaya qoyan senatorların təsbitlərinə qatılsa belə, hökumət problemlərin üstünə gedərək, Türkiyəni ABŞ-dan daha da uzaqlaşdırmaq istəmir.

Konqresdə hökumətin bu yanaşmasına qatılaraq, Türkiyə ilə birgə necə irəli gediləcəyinə dair daha məqbul yol müəyyən etmək istəyənlər olsa da, xüsusilə yevangelist seçicilərin təsiri altında olan üzvlər bu orta yolu istəmirlər və mövcud problemlərin daha da üstünə gedən sərt mövqelər tutulmasına çalışırlar.

Pompeo, komitədəki bütün çıxışında kompromisə və problemləri müzakirə edərək, qarşılıqlı anlayış içində həll etməyə yönəlik mövqe nümayiş etdirib.

 

Suriyada siyasi həll

 

Hökumət xüsusilə Putinlə Tramp arasında keçiriləcək zirvə görüşü sonrası Suriyada bir siyasi həll çərçivəsi cızılmasının zamanının gələcəyini düşündüyü üçün kürdlərlə necə hərəkət ediləcəyi modelinin Türkiyə ilə razılaşma yolu ilə formalaşdırılmasına tərəfdardır.

Komitədəki senatorlar isə Türkiyə ilə razılaşma axtarışının “kürdlərin tərk edilməsi” mənasına gəlib-gəlmədiyini soruşublar. Pompeo, Fərat çayının şərqinə xas regional etnik bölgülər nəzərə alınaraq, Türkiyə ilə ortaq bəzi nizamlamalara gedilməsinin kürdlərin tərk edilməsi mənasına gəlməyəcəyini söyləyib. Senatorlar “Yaxşı, bəs nə mənaya gəlir?” deyərək, üstələdikləri zaman, Pompeo dəqiq bir plan təqdim edə bilməyib bir müddət də cavab vermək istəməyib.

Görünən odur ki, hökumət, Konqresi də qarşısına almadan, Türkiyə ilə çıxılan ortaq yol xəritəsinin bölgədəki yerli ehtiyaclara ən yaxşı cavabı verəcəyini düşünür, lakin bu son dərəcə həssas balansları ehtiva edən siyasətin tətbiq edilməsində necə hərəkət ediləcəyi, xüsusilə Konqreslə necə razılaşacağı məsələsində, hələ ki, dəqiq bir fikri yoxdur.

Ancaq bir kompromis məcburiyyətinin qəbul edilməsinin uzun zamandan bəri kilidlənmiş durumda olan Türkiyə-ABŞ münasibətlərinin yenidən canlanması mənasına gələcəyini söyləyən mütəxəssislər də vardır.

 

S-400 həssaslığı

 

Komitədə keçirilən dindirmə Senatda Türkiyənin Rusiyadan alacağı S-400raket sisteminin və rahib Bransonun Türkiyədə həbsdə saxlanmasının yaratdığı narahatlığın hələ də davam etdiyin göstərir.

Senatorlar Pompeodan Türkiyənin Branson və S-400 raketləri “kozur”unu Suriyada güzəşt almaq üçün istifadə etməsinə izn verilib-verilməyəcəyini soruşublar.

Pompeo bunları iki fərqli problem buketi olaraq gördüklərini və onların bir-birinə qarışdırılmasını istəmədiklərini söyləyib.

Tərcümə Strateq.az-ındır 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam