Redaktor seçimi
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Günün xəbəri

300 milyon çinli Çin kommunist partiyasını tərk edib:proses həbslər və qətllərlə müşayiət olunur – Araşdırma

The Epoch Times (ABŞ), 21.04.2018

 

Çinlilərin Çin kommunist partiyasından (ÇKP) çıxmaq üzrə kütləvi hərəkatı keçən ay yüksək nəticəyə çatıb. ÇKP-yə və onun törəmə təşkilatlarına üzvlükdən ictimai şəkildə imtina edən çinlilərin sayı martın 24-də 300 milyon nəfərə yetişib. Müqayisə üçün: indi ÇKP-də 90 milyon nəfərə yaxın üzv var.

Yenixeber.org: Kompartiyadan çıxmaq üzrə hərəkat 2004-ün sonunda Çinin “Epoch Times” nəşrində “Çin Kommunist Partiyası haqda doqquz şərh” başlıqlı silsilə məqalələrin dərcindən sonra başlanıb. Partiyanın mənşəyi, mahiyyəti, tarixi və indiki cinayətləri haqda bu məqalələr milyonlarla insanı partiya təşkilatlarilə əlaqələrdən imtina etməyə ruhlandırıb. Bu hərəkat Çin dilində “Tuydan” adlanır.

Aşağıda ÇKP sıralarını niyə tərk etmək qərarına gəlmiş iki çinlinin başına gələnlər göstərilib.

 

Lyunun əhvalatı

 

Lyu Tszyanqo bələdiyyə xidməti idarəsində mülki məsələlər üzrə Pekin bürosunun direktoru işləyib. Buna qədər isə 38-ci ordunun komandanı Syue Sinsyanın şəxsi sürcüsü işləyib.

Syue 1989-cu il iyunun 4-də Tyananmen meydanında bədnam ad çıxarmış qırğın da tələbələrin etirazını boğmaq üçün Pekinə qoşun yeritməkdən imtina edib. Əmrin pozulmasına görə Syueni ev dustağı ediblər. Sonra məmuru tutduğu vəzifədən uzaqlaşdıraraq həbs edib və beş il azadlıqdan məhrumolma cəzasına məhkum ediblər.

Syuenin şəxsi sürcüsü kimi Lyuya da işgəncə veriblər. O, “Epoch Times” nəşrinə danışıb ki, onu həbs etdikdən sonra yeddi gün havadan asılı vəziyyətdə saxlayıblar. Lyu danışıb: “ÇKP insanları psixoloji baxımdan məhv edir. Ləyaqətdən edir və yaşamaq əvəzinə tez ölmək istəyinə vadar edir”.

Lyu ailəsilə 2017-nin oktyabrında ABŞ-a gələndən bir  həftə sonra “Tuydan” hərəkatının fədailərilə görüşüb. 32 il üzvü olduğu ÇKP-dən çıxmağı qət edib. Lyu partiya rəsmiləri tərəfdən repressiyalardan çəkinməyərək bunu əsil adıyla edib. Lyu öz müsahibəsində  onu ÇKP-yə inamsızlığa gətirən tarixi hadisələrdən danışıb.

Pekin sakinləri 1989-cu il iyunun 3-də tələbələri əzmək üçün Tyananmen meydanına doğru hərəkətlənən ordunu dayandırmağa cəhd ediblər.

O, 10 il sonra isə 1999-cu il aprelin 25-də Çjunnanhayda ÇKP mənzil qərargahı yanında Falunqun meditasiya praktikası ardıcıllarının dinc etirazının şahidi olub. Lyu praktika ardıcıllarının 1999-un aprelində qanunsuz həbs edilən və həbsxanaya salınan cığırdaşlarının azad olunmasına necə nail oduqlarını müşahidə edib. Lyu nağıl edib: “Mən Çjunnanhayın yanından keçməli oldum. Maşını asta sürdüm və sadəcə, çaş qaldım ki, bu adamlar necə bu cür səliqəli və sakit ola bilirlər. Heç harada zibil, ya iğtişaş yox idi. Amma asayişi saxlayan heç bir təşkilatçı görmədim. Yalnız axşam öyrəndim ki, onlar Falunqun ardıcılları imişlər. Orada o qədər çox adam var idi, amma hamısı olduqca mütəşəkkil idi. Onlara heyran qalmışdım!”

Lyu davam edib: “ÇKP-siz Çin xeyli yaxşı olardı”.

Onun Mülki məsələlər üzrə Pekin bürosunda işləyən qızı Lyu Yanyuan da əsil adıyla gənclərin kommunist birliyindən çıxıb.

 

Bayın əhvalatı

 

ÇKP sıralarını tərk etməyi qət edən daha bir adam xanımı ÇXR HHQ-də zabit kimi xidmət edən Bay Szimindir.

O öz biznes işlərinə görə tez-tez xaricə gedib. Nəticədə Bayı casusluqda və xarici ölkələrin xeyrinə casusluq üçün nikahdan pərdə kimi istifadə etməkdə şübhəli biliblər.

Bay nağıl edib ki, partiya məmurları ona “sübut” təqdim etməyə və ailəsini dağıtmağa səy göstəriblər. Casuslar onu izləyib, telefonunu dinləyib, portfelini oğurlayıb və qorxutmaq üçün bandit tutublar. Casuslar hətta onu zəhərləməyə cəhd ediblər. Bütün bunlar Bayı yaşlı anası və övladlarını tərk edərək xaricə qaçmağa məcbur edib.

Bay ÇKP təhlükəsizlik aparatının nə qədər korrupsiyalaşdığını aydın görüb.

Bay deyib: “Onlar sizi izləyir, amma deməyə məcbur edirlər ki, yaxşı adamdırlar. Bütün sistem tam çürüyüb, amma diqqəti öz cinayətlərindən yayındırmaq üçün iddia edir ki, orada haradasa oğrular və casuslar iş görürlər. ÇKP dünyada ən böyük terror təşkilatıdır”.

Bay öz işini yerli hakimiyyət qurumlarına şikayət etməyə səy göstərərək bir neçə Falunqun ardıcılıyla görüşüb və rejimin onlarla qəddar davranışının şahidi olub.

ÇKP bu adamlara düşmən kimi yanaşır. Onları küncə sıxmağa və qohumlardan, həmkarlardan və qonşulardan təcridə çalışır”.

Onun fikrincə, ÇKP-i artıq 300 milyon adamın tərk etməsi faktı ondan xəbər verir ki, getdikcə daha çox çinli kompartiya haqda həqiqəti bilir. Falun Dafa kimi də tanınan Falunqun “Həqiqət, Mərhəmət, Səbir” prinsiplərinə əsaslanan meditativ praktikadır.

Kompartiyanın keçmiş lideri Szyan Szemin bu praktikanın 100 milyon  tərəfdarının partiyanın nüfuzunu sarsıdacağını hesab edərək 1999-da  Falunqun tərəfdarlarının ümummilli təqibinə başladı. Qərb KİV-ləri Çin məmurlarına isnadən bu haqda xəbər verib.

Szyan ardıcılların təqibi və həbsi üçün dövlət güvənlik aparatını səfərbər edib.

Falun Dafa” informasiya mərkəzinin məlumatına görə, həbs vaxtı işgəncə və qəddar davranış nəticəsində 4 mindən çox ardıcıl həlak olub. Lakin Çindən informasiya almaq çətinlikləri üzündən hesab olunur ki, həlak olanların gerçək sayı xeyli çoxdur.

Bundan savayı, Çində transplantologiyanın qara bazarı fəaliyyətdədir və müstəqil araşdırıcıların məlumatına görə, on minlərlə Falunqun ardıcılı orqan satışı xatirinə qətlə yetirilib.Tərcümə Strateq.az-ındır.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?