Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şəki Acınohur Qış Otlaqlarında dövlət vəsaiti belə “yeyilir”: YENİLƏNİR


 

  Meliorasiya və Su Təsərrüfatı ASC-də hansı standartlar hakimdir?

 

Xeberinfo.com: Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerli idarələrində dövlət vəsaitinin “yeyilməsi” ilə bağlı daha bir məlumat almışıq. Bu qurumun tabeçiliyində olan bəzi idarə rəhbərlərinin onlara ayrılan büdcə vəsaitlərini gərəkli məqsədlərə xərcləmək əvəzinə, saxta şirkət sahibləri, işbazlarla əlbir olub mənimsəməsi ilə bağlı məlumatlar yeni deyil. Bu istiqamətdə “xeberinfo.com”-un yaxın keçmişdə üzə çıxardığı bəzi faktlar da öz təsdiqini tapmaqdadır.

 Söhbət Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsi ilə bağlı aşkarladığımız mənimsəmə faktlarından gedir. Belə ki, Samur-Abşeron Kanalı İstismar İdarəsində dövlət büdcəsinə ödənilməli olan Əlavə Dəyər Vergisinin (ƏDV) məqsədli şəkildə azaldılması, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil başqa məqsədlərə ödənilməsi aşkar edilmişdi. Bununla yanaşı idarənin anbarında çatışmazlıqlar da fakt idi. Xeberinfo.com-un araşdırması ilə meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin qeyri-təyinatı üzrə xərclənməsinin kökü Samur-Abşeron Kanalı İstismarı İdarəsi ilə “Meliorator Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında aparılan əməliyyatlara gedib çıxmışdı. Bu araşdırmamızın dərcindən sonra Samur-Abşeron Kanalı İstismar İdarəsinin rəisi Möhübbət Musayev vəzifəsindən  azad edildi. Son məlumatlara görə, Samur-Abşeron Kanalı İstismarı İdarəsi ilə “Meliorator Tikinti-Quraşdırma” MMC arasındakı əməliyyatlar aidiyyatı orqanlar tərəfindən araşdırılır.

İndi isə xeberinfo.com-a Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrindən biri olan Şəki Acınohur Qış Otlaqların Su Təminatı Sistemlərinin İstismarı İdarəsi ilə bağlı oxşar məlumat daxil olub. Məlumata görə, Şəki Acınohur Qış Otlaqların Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi Sadəddin Əhmədov Çələbxan qəsəbə sakini Laçın Aslanovla əlbir olub, idarəyə müəyyən məqsədlər üçün ayrılmış pulları nağdılaşdırıbmış. Rəsmi olaraq isə təxminən 370 min manat büdcə vəsaiti hansısa mal-materialın satın alınması adı altında Laçın Aslanovun direktoru olduğu, Çələbxan qəsəbəsi ev A-04-1 ünvanda qeydiyyatda olan “Təkamül” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) və Zahid İbrahimov adlı şəxsin direktoru olduğu və rayonun Aşıq Cümə-3 ünvanında qeydiyyatda olan “Volfram-Z” İstehsalat Koperativin hesabına köçürülüb. Belə görünür ki bu əməliyyat da eyni ilə Samur-Abşeron Kanalı İstismarı İdarəsi ilə “Meliorator Tikinti-Quraşdırma” MMC arasında aparılan əməliyyatların təkrarıdır.

Hələlik bu istiqamətdə lazımı dəqiqləşdirmələr aparırıq. Dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı məlumatları ictimailəşdirmək başlıca vəzifələrimizdəndir. Qarşıdakı günlərdə bu mövzu ilə bağlı geniş yazı hazırlayacağıq. Təəssüf ki, dəfələrlə cəhdimizə baxmayaraq hörmətli Sadəddin Əhmədovla əlaqə yarada biımirik...  

Məsələyə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin də mövqeyini öyrənməyə çalışdıq. Bu məqsədlə də srağagün (22 iyun) ASC-nə online sorğu məktubu ünvanladıq. Xahiş etdik ki, yazıda bəhs olunan məlumatlarla bağlı redaksiyamızı məlumatlandırsınlar.

Bu gün isə sorğumuza cavab almışıq. Məsələyə Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri cənab Cahan Məmmədovun imzası ilə aldığımız məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Sizin, 20 iyun 2016-cı il tarixli 055/016 nömrəli məktubunuza Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-də baxılmşdır.

Bildiririk ki, Acınohur Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi əsas vəzifəsi Acınohur qış otlaqları massivində xırda və iri buynuzlu mal-qaranın su təminatını həyata keçirməkdən ibarətdir. İdarə, nizmamnaməsinə əsasən Cəmiyyət tərəfindən təsdiq edilmiş plan və tapşırıqlara uyğun olaraq fəaliyyət göstərir.

Məktubda göstərilən müəsisələrlə (“Təkamül” və “Volfrom-Z İstehsalat Koperativi) Acınohur QOSTSİİ aralarında heç bir müqavilə mövcud deyil. Həmin müəssisələrlə heç bir alq-satqı işləri aparılmır. Yazıda adları qeyd olunan Laçın Aslanov və Zahid İbrahimov adlı və soyadlı şəxslər barədə idarənin heç bir məlumatı yoxdur.

İdarənin fəaliyyətinə Cəmiyyət tərəfdən daima nəzarət olunur və yazıda göstərilənlərin heç bir əsası yoxdur”.

 

                  Meliorasiya və Su təsərrüfatı ASC-nin yalanı

 

Göründüyü kimi, Meliorasiya və Su Təsərrüfatı ASC-dən reaksiyamıza daxil olan məktubda Şəki Acınohur Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi  ilə “Təkamül” və “Volfrom-Z” İstehsalat Koperativi arasında heç bir müqavilə olmadığı, həmin müəssisələrlə heç bir alq-satqı işləri aparılmadığı iddia olunur. Eyni zamanda yazıda adları qeyd olunan Laçın Aslanov və Zahid İbrahimov adlı və soyadlı şəxslər barədə idarənin heç bir məlumatı olmadığı qəti əminliklə vurğulanır.

 Biz isə həmin məqalədə əks olunan  bütün məlumatları rəsmi açıq mənbələrdən götürmüşük. Belə ki, satınalmalarla bağlı rəsmi məlumatların yer aldığı http www.tender.gov.az saytında Meliorasiya və Su Təsərrüfatı ASC Şəki Acınohur Qış Otlaqların Su Təminatı Sistemləri İstismarı İdarəsi ilə “Təkamül” MMC arasında üç lot üzrə alqı-satqı olduğu öz əksini tapıb və həmin lotlar barədə məlumat müfaviq olaraq 6989, 6990 və 6991 sıra nömrəsi ilə qeyd olunub. Şəki Acınohur Qış Otlaqların Su Təminatı Sistemləri İstismarı İdarəsi ilə “Volfrom-Z” İstehsalat Koperativi arasında bir lot üzrə alqı-satqı əməliyyatı haqqında məlumat yenə də həmin saytdakı rəsmi məlumatda yer alıb və sıra nömrəsi 6992-dir.

Bu şirkətlərin rəhbərlərinin müfaviq olaraq Laçın Aslanov və Zahid İbrahimov olması isə Vergilər Nazirliyinin rəsmi məlumatlarına əsaslanır. Meliorasiya və Su Təsərrüfatı ASC-nin belə bir təkziblə çıxış etməsi isə kifayət qədər şübhələrə yol açır...

 Bilirik ki, sovet dövrünün kadrlarının müasir texnologiyalar haqqında məlumatı səthidir və onlar internet əsrində gizlinlərin üstünün qısa zamanda açılmasının fərqində deyillər. O da aydın olur ki, bu alqı-satqı əməliyyatları tam formal olduğundan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi həmin şirkətlərlə bağlı məsələni “unudub”. Əgər belədirsə, artıq bunun adı başqadır.

 

Araşdırmamız davam edir.

 

Malik


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam