Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Xeberinfo.com-un yazdıqları təsdiqləndi: idarə rəisi işdən qovuldu!

Dövlət vəsaiti Samur-Abşeron kanalında belə "yuyulur": MƏNİMSƏMƏ

 

  Dövlət vəsaitini Samur-Abşeron kanalında “yumağ”ın  bədəli belə olur

 

Xeberinfo.com:  Dövlət vəsaitinin mənimsənilməsi, məmur özbaşınalığı ilə bağlı daha bir yazımız təsdiqləndi. Ötən ayın 14-də xeberinfo.com-da yer alan Dövlət vəsaiti Samur-Abşeron kanalında belə "yuyulur": MƏNİMSƏMƏ başlıqlı yazımız geniş araşdırmalarımızın nəticəsi idi. Xatırladım ki, yazıda Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsində dövlət vəsaitinin “yuyulmasından” bəhs olunurdu. Bu idarənin vergidən yayınması və müxtəlif ad və formalarla büdcə vəsaitini mənimsəməsi ilə bağlı konkret faktlar sadalanırdı. Şübhəsiz ki, bütün bu əməllərin başında isə idarənin rəisi Möhübbət Musayev dururdu. ( Daha çox Şahin adı ilə tanınır)

Yazı sayta yerləşdirildikdən sonra ictimai marağa səbəb oldu, əksər elektron media qurumlarının da diqqətini çəkdi...

Biz mövzunun aktuallığını nəzərə alıb, yazı ilə bağlı lazımı dövlət orqanlarına sorğular ünvanladıq. Nəhayət ötən həftənin əvvəlində Samur-Abşeron Kanalı İstismar İdarəsinin rəisi Möhübbət Musayev vəzifəsindən alındı. Bu gün redaksiyamıza daxil olan məlumata görə isə Möhübbət Musayevin cəzası vəzifədən alınması ilə yekunlaşmayacaq. Məlumata görə yazdıqlarımızın aidiyyatı qurumlar tərəfindən araşdırılması davam edir...

Mövzu diqqətimizdədir.

 

Arif       

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam