Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Google” bərpa olunan enerji sahəsinə -ən böyük sərmayə qoyduğunu elan edib

 

“Google” şirkəti qlobal əməliyyatları üçün bərpa olunan enerji satın almaq üçün tarixində ən böyük sərmayə qoyduqlarını açıqlayıb.

Yenixeber.org:   Bu barədə şirkətin rəhbəri Sundar Piçai Helsinkidə Finlandiyanın Baş naziri Antti Rinne ilə birgə mətbuat konfransı zamanı bildirib.

“2017-ci ildə qlobal əməliyyatlarımızın 100 faiz bərpa olunan enerji hesabına həyata keçirilməsinə nail olmuşuq. Bu həftə bərpa olunan enerjinin tariximizdən iri həcmdə satın alışını həyata keçirmişik və həmin həcmin yarısı qədəri Avropada 10 yeni enerji layihəsi vasitəsilə istehsal ediləcək. İmzalanan müqavilələrin bəhrəsi Avropa İttifaqının yeni enerji infrastrukturuna milyard avrodan çox məbləğdə sərmayələr olacaq”, – şirkət rəhbəri deyib.

O, adıçəkilən layihələrdən 5-nin Danimarkada, 2-nin Finlandiya və İsveçdə, 1-nin isə Belçikada olacağını qeyd edib: “Finlandiyada külək enerjisinə dair iki layihəmiz 225 mVt həcmində enerji istehsal edəcək”.

Bununla yanaşı, növbəti iki ildə “Google”nin Avropadakı data mərkəzlərinə 3 milyard avroluq sərmayə qoyacağı, bununla da Avropanın internet infrastrukturuna 2007-ci ildən məcmu sərmayələrini 15 milyard avroya çatdıracağı da diqqətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam