Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kənd təsərrüfatı nazirinə qadın müavin təyin olunub

    

Kənd təsərrüfatı nazirinə qadın müavin təyin olunub
İlhamə Qədimova kənd təsərrüfatı nazirinin müavini təyin olunub.
 Yenixeber.org: İ.Qədimova bu təyinata qədər nazirlikdə Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili alıb və hüquq elmləri üzrə doktordur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam