Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vahid Ələkbərov 1,8 milyard qazandı -Trampa görə

Donald Trampın ABŞ prezident seçilməsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.

Xeberinfo.com:   “Forbes”in məlumatına görə, buna səbəb Rusiyanın qiymətli kağızlarının dəyərinin artması və milli valyutanın möhkəmlənməsidir.

Trampın prezident seçilməsinin ardından sərvətini ən çox artıran 2016-cı ildə Rusiyanın ən varlı iş adamı seçilən “NOVATEK”-in rəhbəri Leonid Mihelson olub. Onun aktivlərinin dəyəri 1,9 milyard dollar artaraq 18,2 milyard dollara çatıb.

“NOVATEK”-in səhmdarlarından olan Gennadi Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri isə hazırda 1,8 mlrd. dollar təşkil edir. “Forbes” G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşıb.

“Forbes” qeyd edir ki, əgər amerikalı milyarderlərin sərvəti Trampın qələbəsindən sonra orta hesabla 2,8% artıbsa, ən varlı rusiyalıların sərvəti orta hesabla 7,1% artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam