Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Vahid Ələkbərov bir günə 318 milyon dollar itirdi -ABŞ-ın sanksiyalarına görə

 

vahid elekberov esas dvb8

ABŞ Senatının iki gün əvvəl iyunun 15-də Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə layihəni təsdiqləməsi Kremlə yaxın rusiyalı oliqarxların bir günə cəmi 3 milyard dollar itirməsinə səbəb olub. Yenixeber.org:   “Forbes” jurnalının rus versiyası hansı oliqarxın Senatın qərarından nə qədər itirdiyini hesablayıb.
Belə məlum olub ki, azərbaycanlı oliqarx, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov sanksiyaların sərtləşdirilcəyi barədə xəbərdən bir günə 318 milyard dollar itirib. O, bu məsələdən ən çox ziyan çəkən oliqarxdır.
Senatda səsvermədən keçən layihə hələ qüvvəyə minməyib və Konqresin ümumi səsverməsindən keçməlidir. Buna baxmayaraq Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləəyinə dair xəbər birjalarda Kremlə yaxın oliqarxların şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Nəticədə onlar “kasıblayıblar”.

Yeni sanksiyalar paketinə əsasən, ABŞ-ın Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti Rusiyanın aparıcı oliqarxlarının və siyasi fiqurlarının barəsində müntəzəm hesabatlar hazırlamalı, onların cari maliyyə vəziyyətini qiymətləndirib real gəlir mənbələrini, prezident Putinlə əlaqələrini qiymətləndirməlidir. Əgər həmin oliqarxların gəlir mənbələri ilə bağlı hər hansı şübhələr meydana çıxsa onlar avtomatik olaraq ABŞ-ın sanksiyalarının təsiri altına düşəcəklər.
“Forbes” qeyd edir ki, oliqarxlar Vladimir Lisin və Leonid Mixelson hərəyə 200 milyon dollardan çox itiriblər. Dağıstanlı milyarder Süleyman Kərimov da təxminən bu qədər ziyana düşüb. Çünki səhmləri Nyu York Fond Birjasında alınıb-satılan Rusiya şirkətlərinin hamısının səhmləri dəyər itirib.
Analitiklər hesab edir ki, investorlar riskli aktivlərdən qaçdıqları üçün yaxın perspektivdə rusiyalı oliqarxların öz kapitallarını yenidən artırması mümkün olmayacaq. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların ləğvi, yaxud yumşaldılacağı barədə gözləntilər boşa çıxıb.
“Forbes” xatırladır ki, ötən il zəngin rusiyalılar üçün uğurlu olmuşdu. Onlar məcmu kapitalını 100 milyard dollar artıraraq 450 milyard dollara çatdıra bilmişdilər. Lakin bu il belə uğur gözləməyə dəyməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam