Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Hesabatda qeyri-dəqiqliklərə yol verilib"

Maliyyə Nazirliyi dünən Standard and Poor’s agentliyinin Azərbaycanın kredit reytinqini bir pillə aşağı endirməsi ilə bağlı xəbərə münasibət bildirib.

 

Xeberinfo.com:   Nazirliyin yaydığı məlumatı olduğu kimi təqdim edirik:

“Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiq edilib, proqnoz isə “mənfi” saxlanıb.

Agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Maliyyə Nazirliyi “Standard ənd Purz” agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən “Standard ənd Purz” agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam