Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda maliyyə böhranı: nə etməli?!

 

Fevralın 21-də Azərbaycanda kəskin maliyyə böhranı başlayır. Mərkəzi Bank gözlənilmədən milli valyutanın devalvasiyası barədə qərar qəbul edir və manat ucuzlaşaraq dəyərini 33 faizdən çox itirir.

"Xeberinfo.com":  Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 dolların rəsmi məzənnəsi 1,05 manat səviyyəsində (əvvəl 1 dollar 0,78 manata bərabər idi) müəyyən edilir, 1 avro isə 1,1950 manat səviyyəsində qərarlaşır (əvvəl 1 avro 0,89 manata bərabərdir). Azərbaycan mətbuatı baş verənləri “Qara şənbə” adlandırır.

Mərkəzi Bankın yaydığı məlumatda müvafiq siyasətin səbəbləri bu cümlələrlə izah edilir: “Məqsəd milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etməkdir”.

Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyini bəyan edir.

Bu hadisədən 6 gün əvvəl - fevralın 15-də “The Financial Times” qəzeti Azərbaycan iqtisadiyyatının durumu ilə bağlı “Azərbaycan manatın dollara nisbətdə süni dəstəklənməsindən imtina etməyə hazırlaşır” başlıqlı məqalə dərc edir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov qəzetə müsahibəsində bildirir: “Azərbaycan manatın dollara nisbətdə saxlanmasından imtinaya hazırlaşır: fiskal və monetar siyasətə bəzi düzəlişlər etmək lazımdır. Daha çevik məzənnə və tədricən hədəflənən inflyasiya rejiminə keçid etməyi nəzərdən keçiririk”.

Cənab Rüstəmov bu dəyişikliyin nə zaman olunacağı barədə məlumat verməyib, ancaq vurğulayıb ki, valyutanın hər hansı formada zəifləməsi qəfil deyil, tədrici olacaq, bank “əhalinin maraqlarını nəzərə alacaq”.

Artıq fevralın 16-da Azərbaycan hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verir. Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edir və məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilir.

Məlumatda deyilir: “Müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək”.

Bununla da manatın dollardan asılılığının ləğv edilməsinə başlanılır. Mərkəzi Bankın bivalyuta səbətinə keçməklə bağlı qərarına cavab olaraq bank bazarı manatın məzənnəsinin bundan sonra da aşağı düşməsi gözləntisi ilə dollarların satışını saxlamaq qərarına gəlir. Ardıcıl olaraq iki gün manat 0,05 qəpik ucuzlaşır.

İqtisadçılar əhalini təşvişə düşməməyə çağıraraq manatın dollara münasibətdə kəskin ucuzlaşmayacağını proqnoz verir.

İqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, manatın məzənnəsi stabildir və makroiqtisadi sabitliyin pozulması üçün heç bir əsas yoxdur: “Belə ki, son 4-5 il ərzində dollar məzənnəsi 0,78 qəpik olub və bu hədd 2015-ci ildə də dəyişməz olaraq qalacaq”.

Keçmiş baş nazir, parlamentin deputatı Əli Məsimov bildirir: “Manatın avro və dollara nisbəti ilin sonunadək maksimum 1 dollar 90 qəpik (hazırda 1 dollar 0,7857 manatdır) səviyyəsinə qədər arta bilər. Hesab edirəm ki, bu, 2015-ci il üçün maksimum dəhliz hesab oluna bilər”.

İqtisadçı-ekspert Samir Əliyevin fikrinə görə, son iki ayda Mərkəzi Bank manatın manatın məzənnəsinin sabit saxlanmasına 2,3 milyard dollar sərf edilib: “Bu isə valyuta ehtiyatının 15 faizinə bərabərdir. Mərkəzi Bank iki yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmalı (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmalıdır. Göründüyü kimi, ikinci yol seçildi, çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi”.

Ekspertin sözlərinə görə, ay ərzində manatın ucuzlaşması 1-1,5 faizdən çox olmayacaq: “Bu isə ilin sonuna qədər manatın dollara nəzərən 10-15 faiz ucuzlaşması deməkdir. Buna görə də hesab edirəm ki, ilin sonuna kimi 1 dollar 1 manata bərabər olmayacaq, ən yaxşı halda, bu 90 qəpik olacaq, yəni bir dollar 90 qəpiyə qədər qalxacaq”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov da manatın kursunun kəskin düşəcəyi barədə deyilənlərlə razılaşmır: “Dolların kursunun yaxın zamanlarda, ən azı yaya qədər manata nisbətən sıçrayışlı şəkildə yüksələcəyini zənn etmirəm. Hər şey tədricən baş verəcək. Ola bilsin ki, dollar 2-5 qəpik arasında bahalaşacaq. Amma bundan artıq heç nə olmayacaq”.

Eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 17-də dövlət televiziyası olan AzTV ilə çıxış edərək əhalini panikaya düşməməyə çağırır: “Azərbaycanda bivalyutalı səbət 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, Mərkəzi Banka daha çevik məzənnə siyasəti həyata keçirmək imkanı verib. Lakin o zaman neftin qiyməti çox yüksək səviyyədə olduğu üçün, Azərbaycanın tədiyə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq var idi. Digər tətəfdən isə əhəmiyyətli dərəcədə avro da dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini möhkəmləndirməyə doğru aparırdı. Əgər biz o dövrdə bivalyutalı səbətdə avrodan imtina etməsəydik, bu gün daha möhkəm manat məzənnəsi ilə üz-üzə olardıq”.

E.Rüstəmovun sözlərinə görə, bu gün manatın kursunun uzunmüddətli zəifləməsi üçün heç bir səbəb yoxdur: “Milli valyutanın zəifləməsi iki halda baş verə bilərdi. Əvvəla, ölkənin tədiyə balansında davamlı defisit müşahidə olunursa və ikincisi, ölkənin valyuta ehtiyatları yoxdursa. Azərbaycanın valyuta ehtiyatları isə ümumdaxili məhsulun 70 faizi həcmindədir. Bir sözlə, manatın kursunun zəifləməsinə səbəb ola biləcək faktorların heç biri Azərbaycanda mövcud deyil”.

Baş bankir heç bir kəskin devalvasiyanın gözlənilmədiyini bəyan edir.

Ancaq bu cür optimist proqnozlara rəğmən fevralın 21-də milli valyutanın kəskin ucuzlaşması baş verir. Qəfil devalvasiya əhali arasında böyük ajiotaj doğurur, əhali manatdan yaxa qurtarmağa çalışır, ancaq banklar dollar satışını dayandırır, bir çox məişət əşyalarının qiymətində kəskin artım müşahidə olunur. Baş verənlər yalnız əhali üçün yox, iqtisadçı-ekspertlər üçün də gözlənilməz olur.

Milli Məclisin deputatı Vahid Əhmədovun fikrincə, “Mərkəzi Bankın sədri Elman Rüstəmov bankları müflis etdi və xalqı aldatdı. O, Azərbaycan xalqına soyuq duş təklif etdi”.

Deputat bildirirdi: “Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq.

Beləliklə, Azərbaycan 2008-ci ildən ABŞ və Avropada müşahidə edilən böhrana daxil olub və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu”.

Devalvasiyanın nəticələrindən danışan Vahid Əhmədov deyir: “Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”.

Baş verənlərə daha bir sərt reaksiyanı iqtisadçı Azər Mehtiyev bildirib: “Bu, artıq biabırçılıqdır. 2-3 gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir, bu gün isə belə bir qərar verilir. Bu addım azca da olsa əhalidə qalan inam və etibara son zərbəni vurdu. Hətta bütün iqtisadçılar belə əhalini ajiotajdan çəkindirməyə, onların panikaya düşməməsinə çalışırdılar. Ortada ciddi bir izahat da yoxdur”.

Ekspertlərin fikrincə, manatın kəskin devalvasiyası idxal olunan malların qiymətində kəskin artıma səbəb olacaq və əhalinin sosial vəziyyətini pisləşdirəcək.

İqtisadçı Qubad İbadoğlu devalvasiyanın fəsadlarını sadalayaraq deyir: “Manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının, dərman və digər əczaçılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin və digər un məmulatlarının qiymətində 1,5-dən 2 dəfəyədək bahalaşmaya səbəb olacaq. Bu isə bu il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bütün bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökümət arasında sosial münasibətlər gərginləşəcək. İkincisi, manatın uculaşması milli valyutaya və banklara olan inamı azaltdığından iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldəcək, iri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirəcək. Bu isə gizli iqtisadiyyatın miqyaslarını genişləndirəcək və hökumətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirlərini zəiflədəcək”.

Artıq fevralın 21-dən başlayaraq əksər ticarət obyektlərində böyük qiymət artımı müşahidə olunur. Bahalaşma həm ərzaq, həm də məişət əşyalarının satış qiymətlərində özünü göstərir. Belə ki, mobil telefonların, kompüterlərin qiymətlərində 30-35 faiz artım qeydə alınır. Əhali isə manatın bundan sonra da sürətlə ucuzlaşması gözləntisi ilə milli valyutanı dollara və avroya dəyişməyə çalışır.

Görünən odur ki, bu il Azərbaycanı ağır maliyyə böhranı gözləyir. Əhalinin sosial durumunun pisləşəcəyini nəzərə alan hakimiyyət öz sosial siyasətində dəyişikliklərə yol verməzsə, böhran bütün sahələri bürüyə bilər.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam