Redaktor seçimi
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Günün xəbəri

“Qarabağ” cari mövsümdə ən çox qol vuran komandadır

“Qarabağ” cari mövsümdə ən çox qol vuran komandadır

Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox qol vuran komanda “Qarabağ”dır.

Yenixeber.org: Şempionatın lideri 20 oyunda 34 dəfə fərqlənib. Yarışın 28 illik tarixində isə bundan üçqat yüksək nəticəyə də təsadüf olunur.

1992-ci ildən keçirilən çempionatın mütləq rekordu elə həmin ildə qeydə alınıb. “Neftçi” mövsümü – 104 qolla başa vurub. Həmin çempionatda daha bir komanda – Sumqayıt “Xəzər”i də 100 qol səddini fəth edib. Bu iki göstəricidən başqa 100 və daha çox qol vuran komanda olmayıb. 3-cü nəticə də 98 qol sevinci yaşayan “Neftçi”yə məxsusdur.

Azərbaycan çempionatında mövsüm ərzində ən çox qol vuran 5 komanda

1. “Neftçi” (1992) - 104

2. “Xəzər” S (1992) - 100

3. “Neftçi” (1996/97) - 98

4. “Kəpəz” (1998/99) - 91

5. “Kəpəz” (1995/96) - 84

1992-ci ildə 100 qol səddinin keçilməsində oyun sayının çoxluğu da rol oynayıb. Lakin bu, məhsuldarlığın yüksək olmasına şübhə yeri qoymur. Hər halda 100 və daha çox qol vuran hər iki komanda orta göstəricidə ən məhsuldar “beşlik”də yer alır. Mütləq rekord isə “Neftçi”nin 1996/97 mövsümündəki göstəricisidir. Həmin vaxt “ağ-qaralar” hər oyunda 3,27 qola imza atıb. “Şəmkir”, həmçinin daha bir dəfə “Neftçi” 3 səddini aşa bilib.

Azərbaycan çempionatında mövsüm ərzində orta hesabla ən çox qol vuran 5 komanda

1. “Neftçi” (1996/97) - 3,27

2. “Şəmkir” (2000/01) - 3,10

3. “Neftçi” (1992) - 3,06

4. “Kəpəz” (1994/95) - 2,95

5. “Xəzər” S (1992) - 2,94

Qeyd: orta göstərici hesablanarkən texniki nəticə ilə başa çatan oyunlar və belə matçlardakı top fərqi nəzərə alınmayıb. (Qol.az)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}