Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağ" "Sumqayıt"a məğlub olub

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Yenixeber.org: Həftənin açılış oyununda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matçda hesabı 36-cı dəqiqədə ağdamlıların ispaniyalı legioneri Xayme Romero açıb. Görüşün ikinci hissəsi daha maraqlı alınıb. Meydan sahiblərinin iranlı legioneri Peyman Babayi 65-ci və 68-ci dəqiqələrdə 2 qol vurub.

Bundan 1 dəqiqə sonra isə meydan sahibləri cari çempionatda ilk dəfə azlıqda qalıblar. Rəqibi dirsəyi ilə vuran İsmayıl İbrahimli qırmızı vərəqə görüb.

Oyunda başqa qol olmayınca "Qarabağ" cari mövsümdə ilk dəfə uduzub və 27 xalla liderliyini davam etdirib. Xalını 17-ə çatdıran "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah "Səbail" "Sabah"ı qəbul edəcək. Bazar günü isə "Zirə" - "Keşlə" və "Neftçi" - "Qəbələ" matçları olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam