Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Roma"nın Məhəmməd Salahı satmasının səbəbi müəyyənləşib

 

 

 İtaliyanın "Roma" klubunun idman direktoru Ramon Monçi futbolçu Məhəmməd Salahı İngiltərə "Liverpul"una satmalarının səbəbini açıqlayıb

 

Yenixeber.org: 50 yaşlı funksioner bu addımı UEFA-nın tələbləri üzündən satmağa məcbur olduqlarını bildirib. 

Monçi deyib ki, 2017-ci il iyunun 30-dək bu satışı həyata keçirməsəydilər, indi Çempionlar Liqasının yarımfinalında oynamazdılar: "Hesablarımız UEFA-nın sərt nəzarəti altında idi. "Roma"ya gəldiyim vaxt Salahdan ötrü 30 milyon avro təklif edirdilər. Amma biz sonradan bonusları nəzərə almaqla məbləği 50 milyon avroya qaldırdıq. Həmin vaxt optimal qərar qəbul etdik. Mən gözləmirdim ki, bundan sonra transfer bazarı ağlını itirəcək".

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 43 qol vurub. Bunlardan 2-si "Roma" ilə Çempionlar Liqasının ilk yarımfinal oyununa təsadüf edib. Salah həm də 2 məhsuldar ötürmə müəllifi olub. Görüş "Liverpul"un 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" mayın 2-də keçiriləcək cavab görüşündə ən azı 3 cavabsız top vurmasa, mübarizəni dayandıracaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam