Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

UEFA nümayəndələri “Qarabağ” üçün Bakıya gəlir

UEFA nümayəndələri “Qarabağ” üçün Bakıya gəlir

 

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.

Yenixeber.org qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA “Qarabağ”ın müraciəti ilə bağlı qərar verəcək.

Qeyd edək ki, konkret bu məsələyə görə UEFA nümayəndələrinin Bakıya səfərinin vaxtı hələ bilinmir. Amma sentyabrın 11-də qitənin ali futbol qurumunun başqa ekspertlərinin “Avro-2020”nin final mərhələsi ilə əlaqədar Azərbaycana əvvəlcədən nəzərdə tutulan səfəri olacaq. Səfər zamanı onlar Olimpiya Stadionu ilə növbəti dəfə tanış olacaq, özlərinin təklif və tövsiyərini bildirəcəklər. İstisna deyil ki, məhz elə həmin nümayəndələr BOS-un ÇL-in oyununu qəbul etməyə hazır olub-olmaması ilə bağlı UEFA-ya rəylərini bildirsinlər.

 

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” Bakıda ilk oyunu sentyabrın 27-da “Roma”ya qarşı keçirəcək. Ağdam klubu bu matç da daxil olmaqla rəqiblərini Olimpiya Stadionunda qəbul etmək üçün UEFA-ya müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam