Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyada futbol oyununda kütləvi dava düşdü - VİDEO

Bu gün Rusiya futbolunun ikinci divizionu hesab edilən Milli Futbol Liqasında (FNL) Novosibirskin «Sibir» və Armavirin «Torpedo» klubları arasında növbəti oyun kütləvi dava ilə başa çatıb. Davada meydançada olan, demək olar ki, bütün futbolçular iştirak edib.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, oyunun gedişində baş hakim İqor Nizovtsev meydança sahiblərinin qapısına nə az - nə çox, 3 penalti təyin edib və buunlardan ikisi oyunun sonlarında baş verib. Hakimin belə davranışı oyunda ehtirasların qızışmasına gətirib çıxarıb.

Penalti zərbəsindən sonra «Sibir»in futbolçusu Aleksandr Makarenko qonaq komandanın oyunçusu Nikita Qluşkovun ayağına zərbə endirib. İki oyunçu arasında mübahisə kütləvi davaya çevrilib. Moskva «Spartak»ının keçmiş məşhur futbolçusu, indi Armavir «Torpedo»sunun baş məşqçısı olan Valeri Karpin meydançaya çıxaraq işə qarışmalı olub.

Dava iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib. Oyuna gəlincə, 2:2 hesablı heç-heçə qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam