Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İki avarçəkənimiz finalda - CANLI YAYIM

 

"Xeberinfo.com":   Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna bütün rəqiblərini qabaqlayaraq, 2-ci yürüşün ən yaxşısı olub. O, 40,163 saniyəlik nəticə ilə finala yüksəlib. Təmsilçimiz mükafatlar uğrunda sabah saat 16:05-də mübarizə aparacaq.
 
Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Lakin bu nəticə ona yarımfinala adlamağa imkan verib. Cavadov 16:40-da başlayacaq bu mərhələdə qüvvəsini sınayacaq.
 
15:10
 
Azərbaycan avarçəkmə yığmasının əsas medal ümidi Valentin Demyanenko kanoeçilərin yarışında mübarizə aparır. O, ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb. 38,978 saniyə nəticə göstərən kanoeçimiz 1-ci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.
 
Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.
 
Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edəcək. Bu yarış saat 16:15-də başlayacaq.

 

11:40

 

Bakı 2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.

 

Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapıb.

 

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

 

Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsinə qatılan 9 cütlük arasında 8-ci olublar.

 

İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.

 

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilərin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

 

09:58

 

Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar bu gün müəyyənləşəcək.

 

 Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapacaq.

 

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.

 

Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Bu gün saat 10:50-də başlayacaq həlledici yürüşdə kanoeçilərimiz 1-ci zolaqda mübarizə aparacaq.

 

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoe, Tamerlan Mustafayev kayak üzrə 1000 metr məsafəyə yarışda finala yüksələ bilməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam