Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Üzgüçülük: İdmançılarımız yarımfinala çıxa bilmədi – CANLI YAYIM

 

"Xeberinfo.com":  Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayıb. Sonuncu 29,21 saniyə nəticə ilə ümumi hesabda 19-cu olub. Ayhan isə finiş xəttinə 34,02 saniyəyə çataraq, sonuncu olub. Hər iki təmsilçimiz mübarizəni dayandırıb.

 

100 m məsafəyə batterflyay üsulu ilə üzən Aysu Bayramova finişə 1 dəqiqə 6,20 saniyəyə çatıb. 36 idmançı arasında sonuncu olan üzgüçümüz yarışı başa vurub.

 

200 m arxası üstə üzməkdə mübarizə aparan Qriqori Kalminski 2.09,69 nəticə göstərib. O, 39 iştirakçı arasında 31-ci olaraq, yarımfinala çıxa bilməyib. Eyni üsulla 50 m məsafə qət edən Yuliya Stisyuk 31,05 saniyəyə üzüb. O, 47 idmançının çıxış etdiyi yarışda 45-ci olub.

 

09:51

 

Bu gün Bakı 2015 I Avropa Oyunlarında üzgüçülük yarışlarında 9 dəst medalın sahibi müəyyənləşəcək.

 

Məlumata görə, Bakı Su İdmanı Mərkəzində keçirilən yarışlarda Azərbaycanı 5 idmançı təmsil edəcək.

 

Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzməkdə qüvvəsini sınayacaq. Bu növdə yarışlar 09:40-da başlayacaq.

 

Aysu Bayramova isə 100 m məsafəyə batterflay üsulu ilə üzəcək. O, saat 10:26-da start xəttinə çıxacaq.

 

200 m arxası üstə üzməkdə mübarizə aparacaq Qriqori Kalminski saat 10:11-də qüvvəsini sınayacaq. Eyni üsulla 50 m məsafə qət edəcək Yuliya Stisyuk 09:30-da mübarizəyə qoşulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam