Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Atletika: Təmsilçimiz üçüncü oldu

 

"Xeberinfo.com":   Qadınlar arasında 4x100m estafet qaçışı üzrə ikinci təsnifat mərhələsi başa çatıb. 44,92 saniyə nəticə göstərən Slovakiya idmançıları 1-ci, 45,23 saniyə nəticə göstərən İsrail idmançıları 2-ci, 45,24 saniyə nəticə ilə Avstriya atletləri 3-cü olub. Azırbaycan atletləri isə 46,10 saniyə nəticə ilə 4-cü olub.

 

X X X

 

Qadınlar arasında 4x100m estafet qaçışı üzrə təsnifat mərhələsi keçirilib. 46,24 saniyə nəticə ilə Malta idmançıları 1-ci, 49,20 saniyə nəticə ilə Albaniya təmsilçiləri 2-ci, 50,76 saniyə nəticə ilə Andorra idmançıları 3-cü olub.

 

20:46

 

Qadınlar arasında 3000m məsafəyə qaçış yarışları keçirilib. 9:11.98 saniyə nəticə göstərən avstriyalı idmançı Cennifer Vens finişə birinci çatıb. 9:32.11 saniyə nəticə ilə İsrail təmsilçisi Maor Tiyouri ikinci, həmyerlimiz Bontu Meqersa isə 9:42.14 saniyə nəticə ilə üçüncü olub

 

20:18

 

Qadınlar arasında 800 m məsafəyə qaçışın qalibləri məlum olub. Luksemburq təmsilçisi Mathias Çarlin 2:01.77 saniyə nəticə ilə birinci olub. Albaniyalı atlet Luiza Qeqa ikinci, həmyerlimiz Anastasiya Komarova 3-cü olub.

 

19:48

 

Kişilər arasında 5000 m məsafəyə qaçışın qalibləri bəlli olub.  Azərbaycan atleti Hayle İbrahimov gərgin mübarizədən sonra finişə birinci çataraq I Avropa Oyunlarının qalibi olub.

 

19:20

 

Qadınlar arasında 3000 m maneəli qaçış üzrə qaliblər məlum olub.   Azərbaycan idmançısı Beji Çaltu bütün rəqiblərini qabaqlayaraq birinci olub. 

 

18:29

 

Kişilər arasında 1500 metr məsafəyə qaçış yarışlarında Azərbaycan atleti qalib olub. Hayle İbrahimov 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının qızıl medalını qazanıb. 

 

18:16

 

Qadınlar arasında 100 metr məsafəyə qaçış yarışı başa çatıb. Azərbaycanı yarışda Valeriya Balyanina təmsil edib.

Bundan sonra qadınların disk atma, kişilərin 100 metr məsafəyə qaçış, kişilərin nüvə itələmə yarışları keçiriləcək. Azərbaycanı disk atmada Hanna Skydan, kişilərin 100 metr məsafəyə qaçış yarışında Vadim Ryabikhn, nüvə itələmədə isə Tofiq Məmmədov təmsil edəcək.

 

17:31

 

Qadınların sədlərlə 400 m məsafəyə qaçış ilkin yarışının nəticələri artıq bəllidir. Birinci yeri 58,94 saniyə göstərici ilə avstriyalı idmançı Verena Menapase tutub. Ölkəmizi bu yarışda Salikova Lidiya təmsil edib. Atletimiz 1,06 saniyə göstərici ilə doqquzuncu pillədə bitirib.

 

***  

 

Kişilər arasında 400 m sədli qaçış yarışları keçirilib.   Birinci yeri 50,70 saniyə ilə slovakiyalı idmançı Martin Kuçera qazanıb. Həmyerlimiz İbrahim Əhmədov isə 53,92 saniyə ilə səkkiz idmançı arasında 7-ci olub.  

 

***  

 

Kişilər arasında 400 m sədli qaçış yarışlarında nəticələr bəlli olub. Bosniya və Hersoqovinalı idmançı Rusmir Malkoçeviç 53,59 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.  

 

***  

 

Olimpiya Stadionunda Bakı-2015 I Avropa Oyunları çərçivəsində Atletika oyunları üzrə kişilər arasında çəkic atma yarışlarına start verilib.   Kişilərin çəkic atma yarışında 12 ölkənin atleti iştirak edir.  Azərbaycanı Marşin Dzimitri təmsil edir. İdmançımız ilk atışda 69.37, ikinci atışda 72.79, üçüncü 67.54, dördüncü cəhddə 71.67  metr göstərici ilə  üçüncü pillədə bitirib.   

 

16:16

 

Bu gün Bakı Olimpiya Stadionunda I Avropa Oyunları çərçivəsində atletika yarışlarına start verilib.

 

Bu gün kişilər arasında çəkic atma, qadınlar arasında şüvüllə tullanma, qadınlar arasında 400 m sədli qaçış, qadınlar arasında üçtəkanla tullanma, kişilər arasında 400 m sədli qaçış, qadınlar arasında disk atma, qadınlar arasında 100 m məsafəyə qaçış, kişilər arasında 100 m məsafəyə qaçış, kişilər arasında nüvə itələmə, kişilər arasında 1500 m məsafəyə qaçış, kişilər arasında hündürlüyə tullanma, qadınlar arasında 400 m məsafəyə qaçış, kişilər arasında 400 m məsafəyə qaçış, qadınlar arasında 3000 m maneəli qaçış, kişilər arasında uzunluğa tullanma, kişilər arasında 5000 m məsafəyə qaçış, qadınlar arasında nizə atma, qadınlar arasında 800 m məsafəyə qaçış və nəhayət qadınlar arasında 3000m məsafəyə qaçış yarışları keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam