Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Keçmiş müdafiə naziri HƏBS OLUNDU - Korrupsiya ÜSTÜNDƏ

Keçmiş müdafiə naziri HƏBS OLUNDU - Korrupsiya ÜSTÜNDƏ

Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib.

Yenixeber.org: Onlar korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar. Belə ki, Y.Papantoniu 2003-cü ildə vəzifəsinin icrasına görə hədiyyə qismində 2,8 milyon İsveçrə frankı almaqda, S.Kuraku isə cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır.

69 yaşlı sabiq nazir isə məhkəmədə ittihamları qəbul etməyib: "Mən pul almamışam, sizin heç bir sübutunuz yoxdur".

Xatırladaq ki, Ümum-Yunanıstan Sosialist Hərəkatı Partiyasının sabiq üzvü Y.Papantoniu 1994-cü ildən ölkənin milli iqtisadiyyat naziri, 1996-cı ildən 2001-ci ilədək milli iqtisadiyyat və maliyyə naziri, 2001-2004-cü illərdə isə milli müdafiə naziri vəzifələrində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam