Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Paşinyan bolşevikdir” - Koçaryan gizli səs yazısından danışdı

    

“Paşinyan bolşevikdir” - Koçaryan gizli səs yazısından danışdı
Ermənistanın sabiq prezidenti, 2008-ci ilin mart hadisələrilə əlaqədar cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan Milli Təhlükəsizlik Xidməti (MTX) və Xüsusi İstintaq Xidməti (XİX) rəhbərlərinin yayılan gizli səs yazısı, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunaraq özünə qarşı yeni cinayət işlərinin açılmasına münasibət bildirib.
Yenixeber.org: Erməni KİV-nə istinadən xəbər verir ki, Koçaryan xüsusi xidmət orqanlarının bu davranışını cinayət adlandırıb. Onun sözlərinə görə, səs yazısı ictimaiyətə yayılandan sonra Ermənistan baş naziri Nikol Paşinyanın və MTX ilə XİX rəhbərlərinin açıqlaması sadəcə əhalinin diqqətini yayındırmaq və öz cinayətlərini ört-basdır etməyə hesablanmış uğursuz cəhdlərdir. 

"Bu səbəbdən də, guya onların korrupsiya ilə “qəhrəmancasına” mübarizə aparmalarına mane olmaq üçün bu səs yazısının üzə çıxarıldığını iddia etmək sadəcə absurddur”.

Sabiq prezidentin fikrincə, Paşinyanın və səs yazısındakı şəxslərin sözlərindən aydın olur ki, saxta yollarla onu həbs edə və siyasi meydandan uzaqlaşdıra bilməyəcəklərini başa düşən Ermənistan rəhbərliyi yeni metoda əl ataraq, Koçaryanın ailəsini pulların yuyulmasında ittiham edirlər. Bu mənada Koçaryan, ona qarşı yeni siyasi təqibin başladığını bəyan edib. 

Xalqa müraciət edən sabiq prezident Ermənistanın diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırıb. Bu mənada, Koçaryana görə Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam