Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

1 saylı həbsxanadakı “bunt”un səbəbi:avtoriteti döyüblər

1 saylı həbsxanadakı “bunt”un səbəbi bilindi-avtoriteti döyüblər

 

Səbəb bahalaşma yox, müəssisəyə yenicə etap olunan “Tsıqan” ləqəbli kriminal avtoritet Elmir Məmmədovun döyülməsi olub

 

 
Xeberinfo.com:  Bakının Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilməsi haqda xəbər vermişdik. Penitensiar Xidmətin mətbuat xidməti bu məlumatın dəqiq olmadığını, mətbuata olay haqda məlumat verən məhbus yaxınları isə həqiqət olduğunu bildirdilər.
 
Müəssisəyə qoşun yeridilməsinin səbəbi kimi isə oradakı dükanda (laryokda) siqaret və çörəyin baha satılmasına etiraz edən məhbusların ram edilməsi göstərilirdi. 
 
Qaynarinfo.az saytının əldə etdiyi məlumata görə, əslində isə səbəb bahalaşma yox, müəssisəyə  yenicə etap olunan “Tsıqan” ləqəbli kriminal avtoritet Elmir Məmmədov olub. “Tsıqan”ın cəzaçəkmə müəssəsinə gətirildiyi gün döyülərək “kars”a salınması “bratva”nı hiddətləndirib. Dustaqlar onun “zon”a qaytarılmasını tələb edərək etiraza başlayıblar. Vəziyyətin idarəolunmaz hala gəldiyini görən cəzaçəkmə müəssisəsinin rəisi Rövşən Niyazov qoşun yeridilməsi qərarını verrib. İşgəncə koridorundan keçirilən dustaqların bir qismi və “Tsıqan” ləqəbli Elmir Məmmədov qarışıq şiddətli preslərin sınaqdan keçirildiyi “tubzona”(Vərəmli Məhkumların Müalicə Müəssisəsinə) aparılıb. 
Qeyd edək ki, kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınan E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub. O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam