Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lotu Qulinin qətli sifariş edildi:Rus mediasından şok iddia


 

Ötən il dekabrın 22-də İstanbulda güllələnən David Alxanaşvilinin (kriminal aləmdə Dato Pankisski kimi tanınırdı) qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Yenixeber.org: Araşdırmalar zamanı qətlin Ermənistan vətəndaşı, kriminal avtoritet Zap Leninakanski ləqəbli Andranik Soqoyan tərəfindən törədildiyi məlum olub. Qətlin sifarişçiləri isə hazırda həbsdə olan Şakro Molodoy ləqəbli kriminal avtoritet və onun bacısı oğlu Dato Osmanov olub.

Ancaq bəziləri bu qətlin azərbaycanlı kriminal avtoritet, "Lotu Quli "ləqəbli Nadir Səlifov tərəfindən sifariş edildiyini iddia edib. Çünki hadisə baş verən zaman Quli ilə çeçen mafiası arasında ciddi fikir ayrılığı mövcud idi. Alxanaşvili də milliyətcə çeçen idi. Lakin Lotu Qulinin beynəlxalq axtarışdan gizlənmək üçün yerləşdiyi İstanbulda Alxanaşvilini öldürmək üçün heç bir əsası olmayıb. Sirr deyil ki, hazırda Türkiyə polisinin bütün diqqəti Lotu Qulinin üzərindədir. Demək olar ki, hər həftə Lotu Qulinin qaldığı ev polis tərəfindən yoxlanılır.

 

Bu arada Zapın Lotu Qulinin düşmənləri ilə yaxınlaşması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və “qanuni oğru” Zaur Əhmədov ötən həftə Zapla görüşüblər. Görüş zamanı Zapa Lotu Qulinin qətlinin sifariş edildiyi istisna olunmur.(teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam