Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gecə klubunda kütləvi dava:Bakıda

milyoncular-klubu-baki

Üç nəfər şübhəli şəxs qismində saxlanılıb

Xeberinfo.com:   Bakıda gecə klubunda tanınmış reperin iştirakı ilə keçirilən əyləncə mərasimində kütləvi dava düşüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda “Legendary club”da qeydə alınıb.
Belə ki, tanınmış reper Ramil Nabranın klubda çıxışı zamanı 12 nəfər naməlum şəxs içəri daxil olaraq dava salıb. Naməlum şəxslər klubun pəncərələrinin şüşələrini qırıb. Onlarla klub rəhbərliyi və ofsiantlar arasında əlbəyaxa dava düşüb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəlib. R.Nabran və klubda iştirak edən qonaqlar ərazidən uzaqlaşdırılıb.
Davanın səbəbinə gəlincə, şahidlər bildirib ki, R.Nabrana digər klubda çıxış etmək təklif olunub. Lakin o, həmin klub rəhbərliyinin təklifini qəbul etməyib. Bundan əsəbləşən qarşı tərəf “Legendary club”da dava salıb.

Binəqədi Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, dava salan şəxslər sərxoş vəziyyətdə olub. Üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

Reper Ramil Nabran isə “Report”a açıqlamasında belə bir hadisənin baş verdiyini, lakin davanın onunla əlaqəsi olmadığını bildirib: “Gecə yeni başlayırdı, oxumağa başlamaq istəyirdim ki, dava düşdü və biz də oradan çıxdıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam