Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gecə klubunda bıçaqlanan xanımla oğlan…- Açıqlama

Gecə klubunda bıçaqlanan xanımla oğlan…

 

 

 

Bu gecə Bakıdakı gecə klubunda baş verən kütləvi dava zamanı yaralanan şəxslərdən biri xəstəxanada qalmaq istməyərək, gedib

 

Yenixeber.org: Bu barədə Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanandan 8-ci kilometr qəsəbəsində yerləşən gecə klubunda baş vermiş kütləvi dava zamanı xəsarət alanlar barədə məlumat verərkən bildiriblər.

Klinik Mərkəzdən qeyd edilib ki, yaralılardan Əfqan Eyvazov əvvəlcə cərrahiyyə şöbəsinə alınsa da, o, xəstəxanada qalmaq istəməyib:

“Sol qolunun kəsilmiş yarası ilə gələn Əfqan Eyvazov cərrahiyyə şöbəsinə yerləşdirilmişdi. Lakin bu gün səhər özü xəstəxananı tərk edib. Yarası səthi olduğuna görə qalmayıb xəstəxanada.

Təpə nahiyyəsinin kəsilmiş yarası ilə gələn Esmira Əsədova xəstəxanaya yerləşdirilməyib. İlkin müayinədən sonra evə braxılıb.

Hər iki qolunun kəsilmiş yarası ilə gələn Türkan Mirzəyeva isə xəstəxanann travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Hələ də palatadadır”.

Qeyd edək ki, gecə 8-ci kilometr qəsəbəsində yerləşən gecə klubunda kütləvi dava baş verib. Nəticədə 5 nəfər xəsarət alıb.

Onlarda 3-ü 3 saylı Kliniki Tibbi Mərkəzə, bıçaq xəsarəti almış daha 2 nəfər isə Nizami rayonu ərazisində yerləşən poliklinikalardan birinə aparılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam