Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bələdiyyə sədri 500 manat cərimə olundu

Bu gün Neftçala Rayon Məhkəməsində Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla Neftçala Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə baş vermiş dava-dalaşa görə polisin təqdim etdiyi inzibati xəta barədə işə baxılıb.

Xeberinfo.com:   Virtualaz.org saytı Şirvan bürosunun əldə etdiyi məlumata görə, məhkəmə ictimai yerdə dava-dalaş saldığı üçün bələdiyyə sədri Aydın Aslanovu 500 manat cərimə edib.

Xatırladaq ki, bir müddət əvvəl bu davaya görə Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov YAP sıralarından xaric olunmuşdu. Bu barədə virtualaz.org-a Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov məlumat vermişdi: “...Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə Heyətinə daxil olmuş müraciət müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub.”

Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov isə saytımıza verdiyi müsahibədə demişdi: «Bələdiyyənin yerləşdiyi binanın qarşısına xeyli müddət əvvəl öz vəsaitimiz hesabına zəncir sədd quraşdırmışıq ki, burada yerləşən qurumlara gələn vətəndaşlara qarşıdakı küçədə avtomaşınlar maneə törətməsin, avtomaşınlar pilləkənlərə dirənib vətəndaşların keçməsinə problem yaratmasın. Bu isə şəhər icra nümayəndəsi Gülqədəm xanıma xoş gəlmir...

Digər tərəfdən, sədd quraşdırılmış yer bələdiyyə torpağıdır. Amma əvvəllər 2 dəfə həmin zəncirlər gecə yarısı kimlərsə tərəfindən kəsilərək götürülüb. Buna görə polisə şikayət də etmişik. Hadisə baş verən gün xəbər tutduq ki, “kommunxoz“ müdiri traktorla səddi sökdürür. Mən ona iradımı bildirdikdə dedi ki, əcəb edirəm. Ona görə də, aramızda qarşıdurma yarandı və mülkiyyətimiz oğurlandığından, mən hadisə yerinə polis çağırdım. Amma eşitdiyimə görə, qarşı tərəf də mənə qarşı şikayət verib...».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam