Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şamaxı yolunda yenidən sürüşmə

surusme-1Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində sürüşmə yenidən aktivləşib.

Xeberinfo.com:  Son günlər yağan yağışlar ərazidə təhlükəli vəziyyət yaradıb. Tonlarla torpaq qatının sürüşərək avtomobillərin intensiv hərəkət etdiyi yola töküldüyü bildirilir.

Ötən gün axşam yolda təmizlik işləri aparılsa da, təkrar axıb gələn torpaq qatının avtomobillərin hərəkətinə maneələr yaratdığı deyilir. Xəbərdə həmçinin qeyd edilir ki, əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Texnika yolun yamac hissəsində yığılıb qalan torpaq qatını təmizləyir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti də ərazidə növbətçi işçi qüvvəsi yaradıldığı, sürüşmə zonasının diqqətdə saxlandığını bildirilir.

Bakı-Şamaxı-Yevlax yolu Qobustan rayonu ərazisinə düşür. Oradan Şamaxı şəhərinə cəmi 10-15 kilometrdir. Həmin ərazinin lap yaxınlığında türk əsgərinin qəbri üstündə salınan abidə yerləşir. Ərazi sürüşməyə meyilli olduğundan bu abidə kompleksində də bundan əvvəl çatlar əmələ gəlmişdi.
Həmin ərazidə tez-tez sürüşmə olur. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam