Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda sürüşmə-uçqun hadisələri baş verib, bir neçə yerdə sürüşmə sahələri yaranıb

 

Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb. 

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Zığda lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmənin dinamikasında nisbi aktivlik qeydə alınıb.

 

Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən Günəşli yaylasında çökmə sahəsi nisbi aktivləşib: “Masazırda Mirzə İbrahimov küçəsi boyunca təbii amillərin təsirindən sürüşmə sahəsində və Masazırda “Zəli gölü” adlanan ərazidə təbii - texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən isə Hökməlidə, Nubar qəsəbəsindəki sürüşmə sahəsində aktivlik baş verib”.

 

Ə. Qaralov bildirib ki, Astarada Kijəbə sürüşmə sahəsində, rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb: “Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində uçqun – sürüşmə prosesi nisbi aktivləşib, yolboyu yamacda bir neçə yerdə yeni uçqun hadisələri baş verib. Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik müşahidə olunub. Lerik - Qosmalyan - Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəran - Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik baş verib, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə edilib. Masallıda, Güllütəpə sürüşmə sahəsinin isə parametrləri artıb. Cəlilabadda, Sadatlı sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb. Cəlilabad - Cəngan - Soltankənd avtomobil yolunun 17-ci km-dəki sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım baş verib”.

 

Gədəbəydə Pirdağ, Daşkəsəndə Alunitdağ sürüşmə sahələrində nisbi aktivliyin baş verdiyi vurğulayan ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə sahəsinin parametrləri nisbi artıb və yolboyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib:  “Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib, sürüşmənin parametrlərində artım qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sahədəki çatların ölçüləri genişlənib. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib, bir neçə yerdə yeni uçqun - töküntü hadisəsi baş verib”.

 

ETSN rəsmisi qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur: “Artıq sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir. Bakı - Şamaxı avtomobil yolunun 106 - 111-ci kilometrliyində isə sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrləri ciddi şəkildə artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə aktivləşib, nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yolboyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxıda Muğanlı sürüşmə sahəsində çatların ölçüləri qismən genişlənib. Şamaxının Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, yolboyu yola paralel müxtəlif ölçüdə yeni çatlar yaranıb. Ağsuda Gürcivan, Sanqalan sürüşmə sahələrində, Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmənin dinamikasında aktivlik qeydə alınıb. İsmayıllıda İstisu sürüşmə sahəsində də nisbi aktivlik müşahidə edilib, mövcud çatların ölçüləri artıb”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam