Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sərnişin avtobusu yandı

avtobus yandi

 

Bakı şəhəri Xətai rayonu ərazisində avtobus yanıb. 

Xeberinfo.com:  Məlumata görə, hadisə “Xətai” metro stansiyasının qarşısında baş verib.

Məlumata görə, 10 TE 770 dövlət qeydiyyat nişanlı, “MAN” markalı 21 nömrəli marşrut üzrə hərəkət edən avtobusun təkər hissəsində qəfil alışma baş verib. Sürücü sərnişinləri dərhal avtobusdan düşürüb və Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat verib. Hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanmaqda olan avtobus söndürülüb.

Hadisə yerinə eyni zamanda Xətai rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam