Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Göyçayda avtobus yanıb, 30 sərnişin təxliyyə edilib

 

Göyçay rayonunda sərnişin avtobusu yanıb.



Yenixeber.org: Hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçay-Bığır marşurutu üzrə hərəkət edən 90-FD-688 dövlət nömrə nişanlı "Otoyol" markalı avtobus sərnişinləri kənddən rayon mərkəzinə apararkən naməlum səbəbdən yolda yanmağa başlayıb. Avtobusun mühərrikində başlayan yanğın qısa müddətdə salona keçib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Təxliyə işlərinə ətrafındakı insanlar da yardım edib.

Hadisə baş verən an nəqliyyat vasitəsində 30 sərnişinin olduğu bildirilir. Onlardan heç biri xəsarət almayıb.

Avtobus isə tamamilə yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam