Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir MTK qalmaqalı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini İman Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Xeberinfo.com":   Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Məhkəmə baxışı iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri başqa şəxsə satması, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi üzə çıxıb.

Belə ki, Xətai rayonu, M.Hadi küçəsi, 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaitin özgə əmlakını aldatma və  etibardan sui-istifadə etməklə ələ keçirilməsində şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanıb. İ.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (cəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam