Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Böyük dövlətlər konfliktlərin yaranmasından istifadə edirlər”


 

“15 illiik fasilədən sonra məcburi köçkünlərlə görüşə gəldiyiniz üçün sizi salamlayıram. Yaxşı yadımdadır ki, ilk 1999-cu il dekabrın 14-də mərhum Heydər Əliyevin tapşırığı ilə həmsədrlərin Biləsuvarda məcburi köçkünlərin yaşadığı çadır şəhərciyinə səfərini təşkil etdim”.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bu gün baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) ilə görüşdə deyib.
 
Ə. Həsənov bildirib ki, həmsədrlər 2001-ci ildə Ağcabədi rayonunda Ağdamdan olan məcburi köçkünlərlə görüşüblər: “O görüşdə İkinci Dünya Müharibəsində bir ayağını itirmiş bir məcburi köçkün veteran dedi ki, həmsədrlər kənara çəkilsin, torpaqlarımızı özümüz qaytaracağıq. Rusiyanın həmsədri Qribkov dedi ki, məcburi köçkünlər niyə belə sərt olublar. Dedim ki, növbəti 2 ildən sonra daha sərt olacaqlar”.
 
O, həmsədrlərin təcrübəli diplomatlar olduqlarını qeyd edib: " 30 il əvvəl dünyada qaçqınların sayı 20-25 milyon idi və 30 dövləti əhatə edirdi. Bu gün qaçqın və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur və 74 dövləti əhatə edir. Son illər azsaylı münaqişələrin adını çəkmək olar ki, həll olunub. İlbəil münaqişələrin və qaçqınların sayı artır. Məndə belə fikir formalaşıb ki, böyük dövlətlər dünyanı rahat idarə etmək və öz maraqlarını təmin etmək üçün konfliktlərin yaranmasından istifadə edir”.
 
Həmsədr dövlətlərin ünvanına mütəmadi tənqidi fikirlər söylədiyini xatırladan Ə. Həsənov qeyd edib ki, bu fikriləri gördüklərindən nəticə çıxararaq səsləndirir: “Dağlıq Qarabağ münaqişəsinin 200 illik tarixi var, SSRİ dövründə də davam edib. 1985-1988-ci ildə Azərbaycan, Gürcüstan və Moldovada bu münaqişələr yaradıldı. Bu münaqişə kulminasiya xəttinə 1988-ci ildə Sumqayıt hadisələri ilə çatdı, proses gözümün qarşısında oldu. Biz SSRİ Prokurorluğuna tam sübutlsr, faktlar təqdim etdik ki, bu, SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil olunub. Biz o vaxt bunun nə olduğunu başa düşmürdük, sovet tərbiyəsi almışdıq, sovet xalqları ilə birgə mehriban yaşamışdıq. Təsəvvürümüzə gətirə bilməzdik ki, bunun sonu necə olacaq. Sonra bildik ki, Sumqayıt hadisələri sonrakı hadisələrə bəraət qazandırmaq üçün Mixail Qorbaçov tərəfindən təşkil olunub. Bu gün Qorbaçov bunu boynuna alır, ancaq nə faydası?..”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam