Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Əli Həsənovdan sensasion açıqlamalar

 

"Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var"

 

"Xeberinfo.com":  ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində heç bir iş görməyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı çıxışında deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanın yeganə həll olunmamış problemi Dağlıq Qarabağ problemidir: "Dağlıq Qarabağ məsələsinin həll olunmamasının səbəbi ABŞ, Fransa və Rusiyanın ədalətsiz mövqeyidir. Bu münaqişə həll olunmayana, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər mən bu dövlətləri tənqid edəcəm".
Ə.Həsənov vurğulayıb ki, başda Qorbaçov olmaqla bu problem Sovet İttifaqı tərəfindən yaradılıb, Yeltsin davam etdirib və bu gün də qalmaqdadlr.
Ə.Həsənov Azərbaycanın bəzi yüksək rütbəli məmurlarını da bu məsələdə səssiz qalmaqda qınayıb: "Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var".
 
Musavat.com qeyd edir ki, komitə sədri zaman-zaman öz komanda yoldaşlarına qarşı bu cür sərt ifadələr işlədir. Bundan əvvəl o, ölkədəki narkomanların arasında yüksək mənsəbli məmurların övladlarının da olduğunu bildirmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam