Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“At ətinin satışına qadağa yoxdur“

 

“Azərbaycanda hər hansı heyvanın ətinin öz adı altında satışına qadağa qoyulmayıb. At əti və ya başqa bir heyvanın əti mütləq öz adı altında satışa çıxarılmalıdır. Ancaq at ətinin inək əti və ya qoyun əti adı altında satışa çıxarılması qanunsuzdur”

"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, at və yaxud başqa heyvanın ətinin satışa çıxarılması üçün onlar mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında müayinədən keçirilməlidir: “At əti satışa çıxarılacaqsa, mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında heyvanın sağlam olması haqqında arayış verilməlidir. Heyvan haradan gətirilib və sair. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra onun satışına icazə verilir”.
Sallaqxanalarda daima reydlər keçirildiyini qeyd edən Y. Xanvəli qeyri-qanuni heyvan kəsiminə qarşı mübarizənin davam etdiriləcəyini söyləyib.
Qeyd edək ki, aprelin 15-də Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkarlayıb. Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam