Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dörd rayondan iribuynuzlu heyvan gətirilməsi qadağan olundu

 

 

 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
    "Xeberinfo.com": DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında deyib ki, bu il Qurban bayramı ərəfəsində iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyinin aşkar olunduğu rayonların kəndlərindən iribuynuzlu heyvanların satışa çıxarılmasına məhdudiyyət tətbiq olunub. Həmin məhdudiyyətin bu gün də qüvvəsində olduğunu deyən xidmət rəsmisi qeyd edib ki, Qurban bayramı ərəfəsində həmin yerlərdəki təsərrüfatlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq: “Xəstəliyin ən böyük daşıyıcısı bu heyvanlardlır. Əgər bu heyvanlar bazara çıxarılsa, ola bilsin ki, onun xəstə olduğu görünməsin, amma xəstəlik daşıyıcısı kimi digər heyvanları yoluxdura bilər. Ona görə də həmin ərazilərdən iribuynuzlu heyvanların çıxarılmasına icazə verilmir. Əsasən Aran rayonları - Zərdab, Kürdəmir, Bərdə, Ucarın xəstəlik qeydə alınan kəndlərindən iribuynuzlu heyvanların çıxarılması dayandırılıb”.
 
    Y.Xanvəli qeyd edib ki, bu xəstəlik ölkədə 2 ay yarımdır davam edir. Xəstəliyə qarşı ciddi mübarizə aparıldığını deyən DBX nümayəndəsinin sözlərinə görə, 2100 başdan artıq heyvanda bu xəstəlik aşkar olunub, 1800 heyvan artıq müalicə edilib: “20 baş heyvan tələf olub. Hazırda müalicə almaqda olan heyvanlar 300 başa yaxındır. Əgər avqustun sonu - sentyabrın əvvəllərində gün ərzində 100-150 baş heyvan xəstəliyə yoluxurdusa, dünən verilən məlumata görə, 25 baş heyvanda yoluxma qeydə alınıb. Ölkədə aparılan dezinfeksiya işləri və müalicənin təsirindən heyvanların xəstəliyə yoluxma faizi aşağı düşüb. Ölkənin bütün ərazilərində Dövlət Baytarlıq Xidməti tərəfindən tam nəzarət həyata keçirilir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam