Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Vasif Talıbovun oğlu qülləyə öz adını verib -Birləşmiş Ərəb Əmirliyində

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib.
Yenixeber.org: Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, qüllənin rəsmi adı Al Rza Towerdir. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.
Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201. Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.
Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə "Badamlı" sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir. 
Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisidir.  




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam