Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Polis rəisi Şirzad Əsgərovun tikdirdiyi dəbdəbəli sarayın fotoları yayıldı-ŞİKAYƏT

 

Polis rəisinin tikdirdiyi dəbdəbəli sarayın fotoları yayıldı

Tovuz rayonundan olan bir qrup sahibkar rayonun Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdan şikayətçidir.

Yenixeber.org: Adları çəkilməyən anonim sahibkarlar saytımıza şikayətlərində polis rəisi Şirzad Əsgərovun rayonda özünə dəbdəbəli villa tikdirdiyini və tikinti xərclərini də sahibkarlara ödətdirdiyini iddia ediblər.

”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır”.

Polis rəisi isə sözügedən sayta açıqlamasında ittihamları rədd edib və bildirib ki, deyilənlər böhtandır: “İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan da pul yığımıram. Əgər ev tikdirsəm belə, sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə, ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?”

Təqdim olunan fotolardan isə belə görünür ki, söhbət adi villadan yox, əməlli-başlı “şah sarayı”nın tikintisindən gedir.(criminal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam