Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi -Rusiya yenidən vasitəçilik oyununa girişib

news content

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın mümkün görüşü barədə danışıb. Bu barədə o, Ermənistan Milli Məclisində jurnalistlərə bildirib.

Yenixeber.org: Simonyanın sözlərinə görə, dövlət başçılarının görüşü yaxın vaxtlarda baş tuta bilər. O əlavə edib ki, ölkə rəhbərləri sülh sazişinin imzalanma tarixini müzakirə edəcəklər.

Spiker qeyd edib ki, hazırda İrəvan və Bakı arasında müzakirələr davam edir. Onun sözlərinə görə, bu proseslər sazişin imzalanma vaxtı və yerinin müəyyənləşdirilməsinə yönəlib. Simonyan bildirib ki, tərəflər prosesin davam etdirilməsi barədə razılığa gəliblər.

İstisna etmirəm ki, yaxın vaxtlarda bu müzakirələr dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində davam edəcək”, – deyə Alen Simonyan vurğulayıb.

Ermənistan parlamentinin spikeri əlavə edib ki, Ermənistan tərəfi və çoxsaylı beynəlxalq tərəfdaşlar sülh sazişinin nəhayət reallığa çevrilməsi üçün zəruri işlər aparırlar.

Maraqlıdır ki, elə həmin gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini açıqlayıb. Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a məlumat verib.

Cənubi Qafqazda müəyyən müsbət dinamika müşahidə olunur. Bu, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında danışıqların başa çatması və iki dövlət arasında hökumətlərarası sənədin mətni üzrə razılığın əldə olunması barədə bəyanatdır”, – deyə o, KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib. – “Biz sənədin tezliklə imzalanacağına və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə etibarlı yol açacağına ümid edirik”.

KTMT PA Şurasının iclası quruma 2025-ci ildə sədrlik edən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib. İclasa Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin rəhbərlik edib. O, həmçinin KTMT PA-ya da sədrlik edir.

Bəs Simonyanın bu açıqlaması nəyi ifadə edir? Bakı və İrəvanın sülh sazişinin imzalanmasına doğrudan da yaxınlaşdığını göstərən hansısa əlamətlər varmı? Belədirsə, bəs Azərbaycan rəhbərliyinin Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı şərti necə olacaq? Axı bu, qısa müddətdə həll olunan məsələ deyil. Və nə üçün birdən-birə KTMT “Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanması” ilə bağlı narahatlıq ifadə edir?

Suallarımızı politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu cavab verib.

Açığı, mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması ehtimalı ilə bağlı o qədər də optimist deyiləm. Çünki bu cür nikbin bəyanatları dəfələrlə eşitmişik. Mesajlar olub, iddialar səslənib ki, artıq hər şey başlayır, guya bütün məsələlər demək olar ki, razılaşdırılıb.

Sonra isə hansısa başqa məqamlar, yeni tələblər, yeni şərtlər ortaya çıxıb. Ona görə də bu prosesin tezliklə baş tutacağına çox skeptik yanaşıram.

Burada sual da çox doğru qoyulub: bəs Azərbaycan rəhbərliyinin Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı tələbini nə edəcəklər? Ermənistan buna gedəcəkmi? Əlbəttə ki, getməyəcək. Hətta əgər referendum keçirilsə belə, bu dəyişikliklərin ümumxalq səsverməsi ilə təsdiqlənməsi də çətin görünür.

Bəs belə olan halda nə olacaq? Heç nə – deməli, sülh sazişi də olmayacaq.

Yaxşı, bəs əgər Azərbaycan rəhbərliyi hansısa səbəbdən bu tələbindən birdən imtina edərsə? Baxın, görün nə qədər sual var”, – tədqiqatçı bildirib.

O deyir ki, bütün bu suallar aydınlaşmayınca, sülh sazişinin imzalanması üçün siyasi iradə də ortada yoxdur və bu baş verməyəcək. “Mən belə düşünürəm. Allah eləsin, yanılım.

Amma Ermənistan parlamentinin spikerinin bəyanatı ilə eyni vaxtda KTMT-nin baş katibinin də belə bir açıqlama verməsi müəyyən narahatlıq doğurur. Ən azı ona görə ki, Rusiya tərəfindən Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına çağırış ediləndə biz heç vaxt real, pozitiv dinamika görməmişik. Və düşünürəm ki, bu dəfə də belə olacaq.

Adətən Moskva belə bəyanatları ya Xarici İşlər Nazirliyi, ya da başqa dövlət institutları səviyyəsində verir. Bu dəfə isə KTMT səviyyəsində səsləndirilir. Bu isə ən yaxşı halda, Rusiyanın sülh sazişinin imzalanmasında vasitəçilik iddiasını nümayiş etdirmək cəhdidir. Yəni Rusiyanın şərtləri çərçivəsində, daha dəqiq desək, Rusiyanın maraqları çərçivəsində.

Bu isə Ermənistana və ya Azərbaycana lazımdırmı? Məncə, yox. Hətta əgər Azərbaycan razılıq versə belə, Ermənistan razılıq verməyəcək, ya da əksinə.

Ona görə də mən sülh sazişinin yaxın vaxtlarda imzalanacağını gözləmirəm. Bu müzakirələr, bəzən neqativ, bəzən pozitiv bəyanatlar, təhdidlər, tələblər – bunların hamısı hələ davam edəcək. Mən prosesi belə görürəm”, – Ərəstun Oruclu vurğulayıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam