Redaktor seçimi
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
Günün xəbəri

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirməni dəyişir:dərs və imtahan yükü azaldılır

 

tehsil-nazirliyi-bina-1“Məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində əsas məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdan ibarətdir”.

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Məktəblərdə imtahanların sayının müəyyən qədər çox olduğunu söyləyən şöbə müdiri bildirib ki, şagirdlərin psixoloji gərginlik yaşaması düzgün deyil: “I sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdilər. Summativ qiymətləndirmə ilə bağlı yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Gün ərzində 3-dən çox summativ olmamalıdır”.

E. Əmrullayev onu da bildirib ki, başqa mübahisəli məsələlərdən biri isə summativlərin müddəti ilə bağlı idi: “Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub. Şagirdlər 3-4 və 3-5 qiyməti alanda da, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir. Yəni şagird tutaq ki, kiçik summativ qiymətləndirmədən 74 bal (4 qiyməti) toplayıb. Yarım illik qiymət hesablananda 4 qiymətinin üzərinə 4 gəlinməyəcək. Şagirdin kiçik summativ qiymətləndirmədən əldə etdiyi ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq”.(apa)

E. Əmrullayev qeyd edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: “Artıq Dövlət İmtahan Mərkəzi layihəyə müsbət rəy verib”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}