Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Təranə Şəms -“Karona” dünyanı əsir eyləyib

 

Düşün sən ay adam gör nələr olur.

Dünyadan dördəlli yapışmayın siz,

Yığdığın var-dövlət boş,hədər olur.

Qudurub məzlumla qapışmayın siz.

 

Bilmirdin bu həyat əbədi deyil,

Varının başına fırlanıb durdun.

O meşşan həyatı bilmədin nöqsan.

Vecinə deyil ki sən axı toxsan.

 

Qonşun ac yatanda bilmirdin məgər,

Allahın qəzəbi tutacaq bir gün.

Çaşaraq Allaha xor baxan gözün,

Tanrıdan bir imdad umacaq bir gün.

 

Dilinə gəlmədi Allah kəlməsi,

Qəlbinin o yeri daş-kəsək imiş.

Nə zəkat verənsən nəinki fitrə,

Fikrin dünya malı, bər-bəzək imiş.

 

“Karona”dünyanı əsir eyləyib,

Pozulmuş mənliyin dərman olurmu?!...

Həkimlər dad edib üsyan eyləyir,

Allahın əzminə fərman olurmu?!...

 

Ayıl sən qəflətdən, ey dönük insan.

Yalvarıb Allaha səcdə edin siz!

Məşəl et qəlbini ey sönük insan,

Sığınıb Allah vəcdə gəlin siz!...

 

Bu həyat fanidir, yox olub gedər.

Zamanla qurulsun yaxşı təməlin.

Günahın sinənə ox kimi çökər,

İnsan ol yaşasın yaxşı əməlin!...

Təranə Şəms.23. 03.2020


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam