Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BABA AĞLADI

 

Xeberinfo.com:   Mənim Mələyim! Qazaxlı şair Nüsrət Kəsəmənlinin mətbuatda gedən müsahibəsindən bir parçanı səni dünyaya gətirən Ata, Ananızın diqqətinə çatdırıram:    

(“Yeni Azərbaycan” qəzeti 23 fevral 2000-ci il)

-Atamla anam ayrılmışdılar. Mən nənə himayəsində qalmışdım. Nənəm barama saxlayırdı və aldığı məvacibə uyğun olaraq mənə ayda on manatdan artıq pul göndərə bilmirdi.

        Mən xatırlayıram:

Atalar , analar dönük çıxanda,

Yaxşı ki, dünyada nənələr varmış.

 

Sarsıyan Baba yazır:

Ata da, Ana da dərkdən olanda,

Yaxşı ki, Qazaxda tək nənə varmış.

Əkən də, doğan da yurddan qaçanda,

Yaxşı ki, Bakıda bir Baba varmış.

 

Nüsrət Kəsəmənli yazır:

Üzümə baxmayın mən güləndə də,

Bir Sevda ağlayır icimdə mənim.

 

Ağrıyan  Baba yazır:

Möhnətə, hər zülmə il dözə-dözə,

Nəvəmi axtarır varlığım mənim.

Fotosu  qarşımda  can üzə-üzə,

Mələyi soruşur haqlığım mənim.

 

Ay oğul, ay gəlin düşünün bir an,

Göydənmi tökülür körpələr bəyəm?

Var olun, öyrənin O, bir Tanrıdan,

Yerdənmi cücərir türfələr bəyəm?

 

Körpəsiz dolanmaq mümküniydisə,

Evliyə nə üçün dəstək verdiniz?

Mələksiz yaşamaq xoş güniydisə,

Şənliyə nə üçün önəm verdiniz?

 

 

Nəiydi  körpənin günahı oğul?

Söz qanan vaxtında yurddan itirdin.

Vardırmı sabahın qarantı oğul?

Dəyişgən dönəmdə Tərlan bitirdin.

 

Atanı çağırdı zəngə gəlmədi,

Gecəni yataqda göz yaşı tökdü,

Dayağı qeyb oldu dözə bilmədi,

Həyatı naminə dərd-səri bükdü.

 

Ayrılıq zülm oldu, sorğudan susdu,

Atanı zor uddu, zalımlıq gördü,

Məlunlar tor qurdu, rəqibdən qorxdu,

Düz işi pozuldu, xainlik gördü.

 

Yedəyə versəniz mənim nəvəmi,

Tanrısı odlara qalayaq sizi,

Yad-kimə tapşırsaz bəyim türfəmi,

Naləsi dərdlərə bağlayaq sizi.

       x              x                x               

Yurdunda gözləyib Sahib türfəni,

Görüşdə kövrəlib çöküb ağladı.

Axırda qol açıb qucub nəvəni,

Son görüş olmasın,- deyib ağladı.

      

Qəlbində çəkibdi Ata həsrəti,

Dilində bitibdi Ata kəlməsi,

Fəryada dönübdü Ata naləsi,

Naləsi bitməyən ürək dağladı.

 

Şəstsizlər tərs baxdı həya üzünə,

Yananlar boy verdi lovğa közünə,

Kiçiklər deyindi Ata sözünə,

Həmfikri tapmayan Baba çağladı.

 

Cəfanı cüt çəkdi səfa görmədi,

Qayğını tən çəkdi vəfa görmədi,

Zorakı küc gəldi əta görmədi,

Hüququ tapdanan yara bağladı.

     x                  x                   x                           

Əvvəldən xəbərdar etmişdim sizi,

Düz yola çəkmişdi  poemam bizi:

-“Keçmişdə hər evdə körpələr çoxdu,

İndiysə mənzildə oyuncaq boldu”.

 

(“Mələyin naləsi” yanvar 2014 –cü il.)

.

      x             x             x

Zamanı saralıb dönük çıxanda,

Oylağı dağılıb küllük olanda,

Tayını itirib söykək uçanda,

Sarları ovlayan Tərlan ağladı.

 

Güvəndi gücünə kəc baxdı düzə,

İnandı fitnəyə hərcayı sözə,

Dil verdi xainə qalandı közə,

Yurdunu boş qoyan Tərlan ağladı.

 

Durumu hallandı sarlar bağında,

Söhbəti yayıldı dildar sazında,

Varlığı sarsıldı simsar yanunda,

Yurdunu tərg edən Tərlan ağladı.

 

Diliylə itirib canlı üzüyü,

Əliylə bitirib barlı üzüyü,

Nəfsiylə əridib qaşlı üzüyü,

Bəxtini dərdlədən Tərlan ağladı.

 

Zəhməti puç olub kölə çağrılan,

Qananı sarsılıb qəmə bağlanan,

Həmdəmi dəmlənib zülmə yollanan,

Kübarı axtaran Tərlan ağladı.

 

Eşitməz, dinləməz, xiffətdən doymaz,

Əzilməz, üzülməz, mənlikdən azmaz,

Əyilməz, dəyişməz, genindən qaçmaz,

Xilqəti dərk etsə Tərlan ağlamaz.

 

Bir nəvə yalqızdı,- fikri olmadı,

Tək nəvə yazıqdı,- sözü olmadı,

Cüt nəvə lazımdı qismət olmadı,

Millini anlasa Tərlan ağlamaz.

 

Kiçik arayış: Zor-zorakılıqla iş görən sahibkarlara aiddir; Yara-yazvamənasındadır;Tərlanın-kim olduğunu qoy Mələk özü ayırd etsin;Sahib-böyük mənasında MələyinBabasıdır. S.Vurğunun “Vaqif”dramında bir misrası var: “Tərlan oylağında sar ola bilməz”. Ancaq kənardakı sarlar Tərlanın ətrafında dolana-dolana onun zəifliyindən istifadə edib Anana qarşı bildikləri xainliklərini yerinə yetirə  bildilər.

Mənim Mələk nəvəm! “Xilqət” və “Milli” ifadələrini yüksək səviyyəli şəxslər ( filosoflar, alimlər, şairlər və yazıçılar) daha yaxşı anlayırlar. Həmin ifadələri Atan, Anan və onların böyükləri anlasaydılar hər üçünüz yurdunuzdan didərgin olmazdınız.

Mənim Mələyim! Peşəkar şairlərin yazdıqları şeirlər həqiqətən ən gözəl misralardan tərtib edilir. Mən şeir üzrə peşəkar olmadığımdan  yazdıqlarım şeirlər isə sənin ayrılığına dözə bilmədiyimdən yaranan qəlb ağrılarını əks etdirir.  Bu kimi şeirləri yazmaq istəyəndə əvvəlcə zülüm-zülüm ağlayıb sonra yazıram.

Atan zamanının adamıydı. İşləməyi bacaran idi. Ancaq ailənizdə dedi-qodu törədən yaxınlarınızın-xinlərin sözlərinə inanıb yenicə ayaq tutan ailənizi dağıtdılar. Ev yıxmaq, ailə dağıtmaq alçaqlıq və yaramazlıqdır. Unutmaq olmaz ki, bunun əks tərəfi də var.   

Nənədən ayrılma. Hələlik sənin üçün ən etibarlı yeganə insan ancaq-ancaq Nənəndir.

Mənim Mələyim! İnsan o vaxt ağlayır ki, ömrü uzunu çalışıb qazandığı övlad, gəlin, nəvə əlindən çıxır. Yaramaz mühit tərəfindən bütün qapılar üzünə bağlanır və çıxacaq yolu mümkünsüzləşir. Nəinki ailədə, nəinki qonşuda, obada və eldə də zorakılıq olmamalıdır. Zorakılıq sağlam, mökəm ictimai həyatı belə darmadağın edən ən böyük təhlükədir. Əsasən zorakılıqlar kommersiya müəssislərində işçini işlədib əmək haqqını verməyəndə baş verir. Məhz bu səbəbdən  işçiləri nəinki evindən, ailəsindən, hətta respublikadan belə didərgin etdirirlər. Atanı da iş yerindəki slahiyyət sahibləri  beləcə respublikadan zorakılıqla bezdirib itirdilər. İndiki dövrdə bəzən “baytar” həkimini “insan” həkimi yerinə təyinat verdirirlər.

Nəhayət,yaşasam səni evimizə qaytaracağam.

 

 

Mələyin ağlar Babası  Elxan Sarı o.       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam