Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Türkiyə təyyarəmizi qanunsuz saxlayıb” – İspaniya XİN

İspaniya Xarici İşlər Nazirliyi Çindən satın aldıqları süni tənəffüs cihazları daşıyan yük təyyarəsinin Türkiyədə saxlanılmasını tənqid edib.

Yenixeber.org: Ötən şənbə günü 150 süni respirator daşıyan təyyarə Ankaradakı Esenboğa hava limanına enib. Bundan sonra Türkiyə səlahiyyətliləri təyyarənin uçuşuna icazə verməyib.

İspaniyanın xarici işlər naziri Arança Qonzales media üçün şərhində Türkiyənin öz ərazisindəki səhiyyə sisteminin ehtiyaclarını nəzərə alaraq, tibbi cihaz ixracatına məhdudiyyətlər tətbiq etdiyini bildirib.

Təyyarənin gömrük nəzarəti ilə əlaqədar olaraq bürokratik səbəblərə görə saxlanıldığı bildirilir.

Nəfəs alma qurğularına 3 milyon avro ödənilib.

Cihazlar koronavirus epidemiyasından ən çox təsirlənən İspaniyanın üçüncü bölgəsi olan Kastilya-La Mançanın yerli rəhbərliyi tərəfindən satın alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam