Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Uhan şəhərindən -Yaponiya vətəndaşlarını təxliyə edən ikinci təyyarə aeroporta enib

 

Yanvarın 30-da səhər saatlarında Çinin Uhan şəhərindən Yaponiya vətəndaşlarını təxliyə edən ikinci təyyarə Tokionun “Haneda” beynəlxalq aeroportuna enib.

Yenixeber.org: Təyyarənin göyərtəsində 210 Yaponiya vətəndaşı olub. Bu, son iki gündə həmin şəhərdən həyata keçirilən ikinci təxliyə reysidir.

Yaponiya hökumətinin göndərdiyi həmin çarter reysi Çinə müxtəlif yardım vasitələri - tibbi maskalar, dezinfeksiya üçün maddələr və digər ilkin yardım vasitələri çatdırıb.

Səhiyyə Nazirliyinin nümayəndələrinin bildirdiyinə görə, təyyarənin göyərtəsində olan sərnişinlər tibbi personal tərəfindən müayinə olunacaqlar. Bundan sonra onların virusla əlaqədar analiz vermələri üçün müvafiq səhiyyə müəssisələrinə göndəriləcəyi qeyd edilir.

Yaponiya hökuməti Uhan şəhərində qalmış, lakin Tokioya dönmək istəyən yaponların təxliyəsi məqsədilə həmin şəhərə əlavə reyslər göndərməyi planlaşdırır.

Xatırladaq ki, yanvarın 29-da həyata keçirilən ilk belə reyslə 206 Yaponiya vətəndaşı təxliyə olunub. Onlardan 12-də xəstəliyin simptomları müəyyən edilsə də, heç birində koronavirus infeksiyasının mövcudluğu təsdiq olunmayıb. Bununla yanaşı, Yaponiyada koronavirusa yoluxma ilə bağlı artıq 11-ci halın qeydə alındığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam